Ərdoğan İbadini qəbul etdi - Bərzani, Kərkük, PKK, Mosul müzakirəsi gedir

img

25-10-2017 [14:55]


İraqın baş naziri Heydər əl İbadi bu gün Türkiyəyə rəsmi səfərə gəlib.

Mia.az Türkiiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan İbadini qəbul edib.

Görüşdən sızan ilkin məlumata görə, tərəflər əsasən 3 məsələni müzakirə ediblər: "Kürd Muxtar Vilayətinə sanksiyalar, Kərkük və PKK ilə mübarizə görüşdə əsas mövzu olub. Bundan başqa, Mosuldaki son durum və ikitərəfli siyasi, iqtisadi əlaqələrin daha da gücləndirilməsi qərara alınıb".

Məlumata görə, İbadi bu gün Türkiyənin baş naziri Binəli Yıldırımla da görüşəcək.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA