25-10-2017 [14:08]
Ötən ilin aprelində baş tutan döyüşlər zamanı Lələtəpənin ermənilərdən təmizlənməsindən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi tam təhlükəsiz bir əraziyə çevrildi.
Qısa müddətdə kəndin bərpa olunması, yeni yaşayış evlərinin tikilməsi ilə bağlı sərəncam verildi.
Hazırda Cocuq Mərcanlıda 150 evin tikintisi başa çatdırılıb. Bu günə kimi kənddə 50 ailə məskunlaşıb. 100 ailəlik köç isə bu gün-sabah baş tutacaq...
Doğma yurda qayıdış başlayandan bəri ürəyim hey yavru vətənə sarı getməyə can atırdı. İşlərin çoxluğundan imkan edə bilmirdim.
Adı "cocuq”, özü böyük ümid yeri

Nəhayət, ötən həftə sonu qərar verdim və üzü Cəbrayıla sarı yola çıxdıq. Dayımgil uzun illərdir ki, Biləsuvar rayonundakı Cəbrayılq qəsəbələrində yaşayır. Az-az da olsa, ora gedəndə Cəbrayıla gedirmiş kimi oluram. Vətən olmasa da, camaatımız ordadır...
Cocuq Mərcanlıya səfər Cəbrayıl sakinlərinin kompakt yaşadığı Biləsuvardakı qəsəbələrdən başladı. Günortadan sonra idi. Bəhrəmtəpə dairəsindən bir qədər keçəndən sonra yol nişanlarında Füzuli, Cəbrayıl, Qubadlı yazıları görünür. Bir saat 20 dəqiqə sonra Cocuq Mərcanlının girişinə çatırıq.
Kəndə kimi yol çox rahatdır. Cəbrayıldan köçkün düşən iki qohumum mənimlə birgə kəndin girişində maşından düşdük. Qürur qarışıq sevinclə "Cocuq Mərcanlı” yazılan lövhənin altında şəkillər çəkdirəndən sonra yola davam elədik.

14 yaşlı aşıq: "Ermənilərə acıq veririk”
Bu evin sahibi deyir ki, qayıdışa kimi Qobuda yaşayırdılar. Köçüb bura gəliblər. Xeyli mal-heyvanları da var. Evin yan təfərində qoyun-quzuları göstərir.
"Xeyli heyvanımız var. Qobuda köçkün kimi yaşayırdıq, amma indi öz kəndimizdəyik. Adam özünü burda daha yaxşı hiss edir. Allah ordumuzu və Prezidentimizi qorusun. Bu cür evlər tikilib, şəratimiz yaxşıdır. Ordumuz da öndə dağ kimi dayanıb. Ona görə də arxayınıq”, - deyə fikrini tamamlayır.

"Təki onlar əkib-becərsinlər, alver zəifləsə də, olar”

"Qonağımız olun, sizə quzu kəsək”
Bir qədər qabaqda evin həyətində bir neçə nəfəri görüb, o tərəfə gedirik.
"Qonaq qəbul edirsiz?” deyib həyətə girdik. Bir neçə orta yaşlı adamla, bir ağsaqqal kişi taxtadan düzəldilmiş stolun kənarında oturub söhbət edirdilər. Hamısı ayağa qalxıb "Xoş gəlmisiz, buyurun”, cavabını verirlər. Görüşüb əyləşirik. Bir anda çaylar gəldi.
Bir qurtum alan kimi, ev sahibi Elnur Həsənov sözə başlayır:
"Biz əvvəl Biləsvuvardakı qəsəbədə qalırdıq. Artıq iki-üç aydır ki, bura köçmüşük. Şükür Allaha, hər şeyimiz var. Artıq heyvanlarımız üçün tövlə də tikmişik. Burda tikinti gedir, hamı gündəlik işləyir. Fəhləyə günə 20 manat verirlər. Şikayətimiz yoxdur. Bir narahatlığımız var.
Birincisi, burada "Kapitalbank”ın bankomatını qoysalar, yaxşı olar. Pensiyanı, "Çörəkpulu"nu almaq üçün Füzuliyə getməyək. Yəqin ki, burada bankomat qoymaq o qədər də çətin olmaz. Bir də hələlik bizə torpaq payı verməyiblər. Bilmək istəyirdik ki, torpaq sahəsi nə zaman paylanacaq. Hər evə həyətyanı sahə kimi 10 sot torpaq verilib. Amma biz təsərrüfata öyrəşmiş adamıq, istəyirik ki, bu məsələləri işıqlandırasız. Amma ümumi götürdükdə yaradılan şəraitdən razıyıq. Suyumuz, işığımız, qazımız var. Sizin qonaq gəlməyiniz bizə xoşdur. Getməyin, qonağımız olun, sizə quzu kəsim”.

Şəhid atası: "Bura gəlmək bizim borcumuzdur”
Atəşkəsin pozulmasından söz düşür. Ağsaqqalın üzündəki, gülüş yoxa çıxır. Gözünün dərinliyindən kədər boylanmağa başlayır. Dərindən köks ötürüb sözünə davam edir:
"80-nə yaxın yaşım var. Bir ayağım burda, o biri də... Mən nədən qorxacam, burda heç kim ermənidən çəkinmir. Onlar kimdir? Oğlumun biri şəhid olub. Mən şəhid atası kimi bura gəlməyə borcluyam. Lələtəpədə neçə balamız şəhid olub. Onların qanı hesabına öz yurdumuza qayıtmışıq. Bura gəlmək bizim borcumuzdur”.

Şuşaya boylanan qoşa minarə
Üzü yeni tikilən məscidə tərəf yollanırıq. Məscidin həyətinə daxil olanda heç kim gözə dəymədi. Ayaqqabımı soyunub içəri keçdim. Məscidin içərisi həqiqətən də gözəl yığılıb. Bir dəfəyə 300-ə yaxın adam namaz qıla bilər. Sağ tərəfdə qapının açıq olduğunu görüb yaxınlaşdım. Salam verib içəri daxil olanda, bir nəfər ayağa qalxıb salam verdi, "əyləşin” deyərək yer göstərdi. Özünü təqdim elədi, məscidin imamı Elman Piriyev idi. Bir az söhbətləşdik.
Elman müəllim deyir ki, məsciddə hər cür şərait var. Dəstəmaz almaq üçün müvafiq yerlər, qadınların namaz qılması üçün otaqlar nəzərdə tutulub. İmam bizi məscidlə tanış elədikdən sonra çölə çıxırıq.
"Məscidə gələnlər elə də çox deyil. Gündəlik gəlib namaz qılanlar var. Yəqin ki, növbəti yüz ailə köçəndən sonra Allah evinə təşrif buyuranlar daha çox olacaq”, - dedi.

İmamla görüşüb ayrılırıq. Hava toranlaşmağa başlayır deyə Cocuq Mərcanlı səfərimizi yekunlaşdırmaq qərarına gəlirik. Maşına minib qayıdırıq. Pəncərədən geri baxıram. Xeyli aralansaq da, məscidin qoşa minarəsi görünür. Amma sanki minarələr bizə yox, Şuşaya tərəf boylanır...
Zaur ƏHMƏD,
Mia.az


Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi