Sabah hava necə olacaq? - Nazirlik proqnozu açıqladı

img

25-10-2017 [12:23]


Oktyabrın 26-da Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
 
Mia.az Ekologiya Nazirliyinə istinadən xəbər verir ki, sabah havanın temperaturunun gecə 13-15° isti, gündüz  20-25° isti, Bakıda gecə  13-15°, gündüz  23-25° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət  gecə 75-85 %, gündüz 50-60 %  olacaq. 
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi  ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-14°, gündüz 21-26° isti, dağlarda gecə 5-10°, gündüz 13-18° isti olacağı gözlənilir.
 
Oktyabrın 26-sı gündüz, 27-də bəzi rayonlarda qərb küləyinin arabir güclənəcəyi, axşam və gecə saatlarında yağış yağacağı gözlənilir. Havanın temperaturu oktyabrın 27-də ötən günlə müqayisədə 4-6° enəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA