"Lotu Quli" dünən həbsdən azad olunan kimi Gürcüstana gedib - Vəkil təsdiqlədi

img

25-10-2017 [11:58]


"Nadir Səlifov barəsində Qaradağ Rayon Məhkəməsində şərti cəza tətbiq ediməsinə qərar verilib. Oktyabrın 24-də keçirilən prosesdə onun ölkədən çıxmasına icazə verilməsi barədə məsələyə də baxılıb. Məhkəmə Nadir Səlifovun xəstəliyi ilə əlaqədar ölkədən çıxmasına icazə verilməsi barədə də qərar çıxarıb".
 
Bunu APA-ya dünən həbsdən azad edilmiş, "Lotu Quli" kimi tanınan Nadir Səlifovun vəkili Təranə Əliyeva deyib.
 
Vəkil N. Səlifovun dünən Azərbaycanı tərk edərək Gürcüstana getdiyini də bildirib.
 
O, bütün prosesin qanun çərçivəsində aparıldığını da deyib.

Xatırladaq ki, dünən Nadir Səlifovun azad olunduqdan dərhal sonra doğulduğu Gürcüstana getdiyi xəbəri yayımışdı.

Mia.az isə onun tezliklə Türkiyəyə köçüb, orada yaşayacağı xəbərini də vermişdi. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA