"Danışmağa görə cərimə yoxdur" - DYP polkovniki açıqladı/ VİDEO

img

24-10-2017 [23:19]


"Son vaxtlar bəzi mətbuat orqanlarında guya sürücülərin sükan arxasında danışmasını qadağan edən qanunun qəbul olunması ilə bağlı yalnış informasiya yayılıb”.

Bunu AZTv-yə Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib. Onun sözlərinə görə, bu barədə heç bir qanun qəbul edilməyib:

"Nə belə bir qanun qəbul olunub, nə də sürücülərin sükan arxasında danışmasını qadağan edən müddəa var. Əlbətdə hər kəs sükan arxasında sərbəstdir və sürücü sərnişinlə söhbət edə bilər. Bir daha qeyd edirəm ki, bu məsələ ilə bağlı bu günə qədər heç bir sürücü inzibati məsuliyyətə cəlb edilməyib. Bundan sonra da cəlb edilməyəcək. İstənilən halda sürücünün diqqəti yolda olmalıdır”.







Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA