ABŞ-dan Ankaraya qarşı daha bir sensasion addım - Vaşinqton Türkiyə nümayəndə heyətinə viza vermədi

img

24-10-2017 [20:49]


ABŞ Türkiyəyə qarşı daha bir sensasion addım atıb.

Mia.az Türkiyənin SHOW TV-yə istinadən xəbər verir ki, viza böhranı ilə bağlı danışıqları davam etdirmək üçün ABŞ-a yola çıxmağa hazırlaşan Türkiyə Ədliyyə Nazirliyinin nümayəndələrinə rəsmi Vaşinqton bu gün viza verməkdən rəsmən imtina edib:

"Rəsmi Vaşinqton Türkiyə Ədliyyə Nazirliyinin 5 nəfərdən ibarət nümayəndə heyətinə niyə viza verilməməsinin səbəbini açıqlamasa da, 5 diplomata viza ilə bağlı konkret "yox" cavabı verilib".

Xatırladaq ki, oktyabrın 8-də ABŞ Türkiyə vətəndaşlarına viza qadağası qoyub. Elə həmin gün Türkiyə də eyni addımı atıb. 

Ötən həftə isə ABŞ-dan viza böhranını həll etmək üçün Türkiyəyə nümayəndə heyəti gəlib, yüksək səviyyədə danışıqlar aparılıb. 

Rəsmi açıqlamaya görə, Ankaradakı danışıqlar zamanı tərəflər ortaq komitə yaradıb, birgə həll yolu axtarmağa qərar veriblər. Bu gün isə həmin danışıqlara məsul olan Türkiyə nümayəndələrinə viza qadağası qoymaqla, Amerika gözləniməz qərara imza atıb. Halbuki, ABŞ nümayəndələri Türkiyədən ayrılarkən, danışıqların uğurla keçdiyini, viza böhranının yaxın günlərdə həllini tapacağının anonsunu vermişdi. Görünür, bu anons sözdən əmələ yaxın müddətdə keçəcək deyil. Əksinə, Amerika Ankaraya qarşı hücumunu davam etdirəcək.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA