Füzuli və Cəbrayıl rayonları haqqında yeni sayt istifadəyə verilib

img

23-08-2010 [12:06]


"İrəli" İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzi Füzuli və Cəbrayıl rayonları haqqında yeni sayt istifadəyə verib. İctimai Birlikdən verilən məlumata görə, saytlar http://myfuzuli.wordpress.com və http://myjabrail.wordpress.com internet ünvanlarında yerləşdirilib. Saytlarda Azərbaycan, ingilis və rus dillərində işğal altında olan rayonların tarixi, memarlıq abidələri, təbii sərvətləri haqqında məlumatlar yerləşdirilib. Qeyd edək ki, Mərkəz tərəfindən bu günə qədər ?Mənim Qarabağım, mənim Azərbaycanım? devizi altında Şuşa, Laçın, Ağdərə, Ağdam haqqında saytlar artıq istifadəyə verilib. Cari ilin sonuna qədər Azərbaycanın işğal altında olan bütün rayonlara həsr olunmuş saytların istifadəyə verilməsi planlaşdırılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA