Qaçan "vorzakon"larla bağlı postlar quruldu - Əməliyyat-axtarış tədbirləri gücləndirildi

img

24-10-2017 [15:54]


Dünən Lənkərandan Bakıya gələn qatardakı xüsusi təyinatlı vaqondan qaçan 2 məhbusun tutulması istiqamətində işlər davam etdirilir.

Mia.az lent.az-a istinadən xəbər verir ki, polis orqanları kriminal aləmə yaxın olan Şirvan sakini Əli Ağami ilə Hacıqabul rayon sakini, "Qoca" ləqəbli Etibar Məmmədovun yaxalanması üçün səfərbər olub. Dünən hər iki şəhərdə polis postları qurulub.

Əməliyyat-axtarış tədbirləri gücləndirilmiş rejimdə həyata keçirilir.

Hacıqabul rayon Polis Şöbəsindən bildirilib ki, lazım olan bütün tədbirlər həyata keçirilir.

Qeyd edək ki, hər iki şəxsin yaxınları qeyd edilən şəhərlərdə yaşayır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA