Corat Bələdiyyəsi və Sumqayıt zəhər Təmizlik Departamenti cərimələnib

img

23-08-2010 [11:47]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri Xəzər sahili ərazidə bərk məişət tullantılarının qanuna müvafiq qaydada idarə olunması vəziyyətini yoxlamaq məqsədilə reyd keçirilib. ETSN-nin mətbuat xidmətindən verilən məlumata görə, Sumqayıt şəhəri Sumqayıt-Novxanı dənizkənarı yolunun sağ hissəsində, S.Əliyev və Sahil küçələri ərazilərində tullantıların qalaqlanması və yandırılmasına görə Corat Bələdiyyəsi hüquqi şəxs qismində inzibati qaydada 7000 manat məbləğində cərimə olunub. Sumqayıt şəhəri dənizkənarı ərazidə olan iaşə obyektlərində formalaşan tullantıların müvafiq qaydada idarə olunmamasına görə Sumqayıt şəhər Təmizlik Departamenti MMC hüquqi şəxs qismində inzibati qaydada 7000 manat məbləğində cərimə edilib. Sumqayıt şəhəri Xəzər sahili ərazidə bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə ?Səma? iaşə obyektinin iş icraçısı N.Əsgərov, ?Əl-Əmrah? iaşə obyektinin iş icraçısı A.Mikayılov, ?Sahil-1? iaşə obyektinin iş icraçısı N.Əmirov, ?Mirvari? iaşə obyektinin iş icraçısı K.Məmmədov, ?Uğur? iaşə obyektinin iş icraçısı N.Verdiyev, ?Pəribulağı? iaşə obyektinin iş icraçısı S.Səfərov hər biri fiziki şəxs qismində inzibati qaydada 500 manat məbləğində cərimə olunub. Sumqayıt şəhəri Xəzər sahili ərazidə fəaliyyət göstərən iaşə obyektində formalaşan bərk məişət tullantıların müvafiq qaydada idarə olunmamasına görə iş icraçısı Ə.Zamanov fiziki şəxs qismində inzibati qaydada 500 manat məbləğində cərimə edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA