24-10-2017 [12:46]
ADP İdarə Heyətinin ənənəvi həftəlik toplantısı keçirilib. Toplantıda ölkədə və dünyada baş verən ictimai-siyasi hadisələr ətrafında fikir mübadiləsi aparılıb və partiyanın mühüm siyasi hadislərlə bağlı münasibəti müəyyənləşdirilib.
Mia.az xəbər verir ki, ilk növbədə Rusiya Federasiyasının rəsmi dairələrində son vaxtlar intensiv xarakter alan imperiya ambisiyalarının baş qaldırmasından, xüsusilə də bu dövlətin rəsmi şəxslərindən biri olan V.Jirinovskinin Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyünə təhdid xarakterli bəyanatlarından ciddi narahatçılıq ifadə edilib. Qeyd edilib ki, Rusiyanın rəsmi dairələri tərəfindən səsləndirilən bu fikirlər regionun və dünyanın təhlükəsizliyinə qarşı ciddi təhdid kimi qəbul edilməli, buna müvafiq olaraq bu dövlətə qarşı güclü beynəlxalq təzyiqin göstərilməsinə nail olunmalıdır.
Azərbaycan və Ermənistan prezidentlərinin son görüşünə münasibət bildirən İH üzvləri, Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə ATƏT çərçivəsində həllinə dair uzun illər ərzində aparılan danışıqların münaqişənin həllində heç bir əhəmiyyətə malik olmamasını, status-kvonun saxlanmasının düşmən ölkəyə və onun havadarlarına sərf etdiyini, prezidentlərin görüşünün də imitasiya xarakteri daşıdığını qeyd ediblər. Toplantıda aparılan bu siyasətin çox təhlükəli olması və regional təhlükəsizliyi daim təhdid altında saxlaması da diqqətə çatdırılıb.
Məhkəmələrdə nümayəndəlik institutunun ləğvini nəzərdə tutan qanun lahiyəsinin müzakirəyə çıxarılması məsələsinə toxunan toplantı iştirakçıları vəkillik və nümayəndəlik institutunun təkmilləşdirilməsi, inkişaf etdirilməsinə ciddi ehtiyac olduğu halda hüquq müdafiəsi sisteminin daha da məhdudlaşdırılmasının tamamilə yolverilməz olduğunu, dövlətin məhkəmə çəkişməsini rəsmi olaraq tam nəzarət altına alması ilə onsuz da ağır vəziyyətdə olan ədalət mühakiməsinin tamamilə sıradan çıxacağını qeyd ediblər.
İmişli Rayon Məhkəməsinin qeyri qanuni, siyasi motivlərlə qəbul etdiyi hökm əsasında həbs edilmiş tanınmış siyasi fəal, ADP üzvü, sərbəst jurnalist Məhbub Zülfüqarlının appelyasiya şikayətinin rədd edilməsi və onun azadlığa buraxılmaması haqqındakı Şirvan Apellayasiya Məhkəməsinin qərarı qətiyyətlə pislənilib. Qeyd edilib ki, yerlı məmur-biznesmen Saleh Səmədovun əsassız şikayəti əsasında həbs edilmiş Məhbub Zülfüqarlı dərhal həbsdən azad edilməlidir.
İdarə Heyəti ötən həftə Müsavat partiyasının keçirmək istədiyi kütləvi aksiyaya rəsmən razılıq verilməməsini antikonstitusion addım kimi dəyərləndirib, hakimiyyəti bir daha vətəndaşların sərbəst toplaşma azadlığına və Konstitusiyaya hörmət etməyə çağırıb.
Ötən həftə axund Hacı Əbdülün növbəti il keçiriləcək prezident seçkiləri ilə əlaqədar bütün dindarlar adından verdiyi bəyanata toxunan partiya İdarə heyəti, bu bəyanatın siyasi blef olmasına diqqət çəkərək dini qurumların siyasi bəyanat verməsinin yolverilməz olduğunu və heç kimin bütün dindarlar adından danışmağa haqqının olmadığını qeyd edib.
İdarə heyətində son vaxtlar Bakıda və regionlarda vətəndaşların şəxsi mülikiyyətində olan tikili və torpaq sahələrinin zorla əlindən alınması, sökülməsi və s. qanunsuzluqlarla bağlı ciddi narahatlıq ifadə edilib. Qeyd olunub ki, xüsusi mülkiyyətin qorunması dövlətin təməl prinsiplərindən biridir və artıq kütləvi xarakter alan şəxsi mülkiyyətə qarşı qəsd halları olduqca təhlükəli siyasi nəticələrə gətirib çıxara bilər. Partiya yetkililəri hakimiyyəti vətəndaşların xüsusi mülkiyyətində olan əmlakın zorakılıqla əllərindən alınması ilə bağlı cinayətlərə operativ və qanuni reaksiya verməyə çağırıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi