Gənclər Milli Qəhrəman Mübariz ibrahimovun ailəsinə baz çəkəcəklər

img

23-08-2010 [11:43]


Yaxın günlərdə Gənclər üçün Təhsil Mərkəzinin təşəbbüsü ilə bir qrup gənc Biləsuvar rayonuna səfər edərək Milli Qəhrəman Mübariz İbrahimovun ailəsi ilə görüşəcək. Görüşün təşkil edilməsində məqsəd qəhrəmanın ailəsinə Azərbaycan gəncləri adından təsəlli vermək, hər bir Azərbaycan gəncinin onların övladları ilə fəxr etdiyini diqqətlərinə çatdırmaq və Mübariz İbrahimovun hər bir Azərbaycan gənci üçün örnək olduğunu bildirməkdir. Qeyd edək ki, görüşdən sonra Azərbaycan gəncləri adından bir sıra mötəbər beynəlxalq təşkilata, eləcə də Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərinə müraciət ünvanlanacaq, Mübariz İbrahimovun meyitinin qaytarılması üçün ciddi təbdirlər görülməsi xahiş ediləcək. Mərkəz fəal gəncləri və KİV nümayəndələrini bu ziyarətdə iştirak etməyə çağırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA