Sabah hava necə olacaq? - Nazirlik proqnozu açıqladı

img

23-10-2017 [13:08]


Oktyabrın 24-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.  Səhər və axşam bəzi yerlərdə çiskinli olacağı ehtimalı var.  Şimal-şərq  küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.  

Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, sabah havanın temperaturunun gecə 10-13° isti, gündüz  17-20° isti, Bakıda gecə  11-13°, gündüz  18-20° isti olacağı gözlənilir.

 Atmosfer  təzyiqi 766 mm civə sütunundan 763 mm civə sütununa enəcək.  Nisbi rütubət   gecə 75-85 %, gündüz 55-65 %  olacaq.  Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gündüz qərb rayonlarından başlayaraq yağış tədricən kəsiləcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi gündüz arabir güclənəcək.

 Havanın temperaturunun gecə 9-14°, gündüz 17-22° isti, dağlarda gecə 3-8°, gündüz 9-14° isti olacağı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA