Mübariz ibrahimovun cəsədinin qaytarılmaması barədə AŞPA-ya məlumat verilib

img

21-08-2010 [03:48]


Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun cəsədinin qaytarılmaması ilə bağlı Avropa Şurası Parlament Assambleyasının (AŞPA) deputatları məlumatlandırılıb. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib ki, işğalçı ölkə rəsmiləri müxtəlif hiyləgər bəhanələrlə cəsədin Azərbaycana verilməsinə əngəllər yaradır: ?Belə hərəkətlər ermənilərin iç üzünün əsl mahiyyətini ortaya qoyur. Bu, bir daha təsdiq edir ki, Ermənistan təcavüzkar dövlətdir. Cəsədi qaytarmamaqla Ermənistan sivil, insani və bütün başqa beynəlxalq qanunları pozur?. S. Seyidov bildirib ki, bu məlumat artıq bütün dünyaya bəllidir. Bu istiqamətdə dayanmadan işlərin aparıldığını bildirən millət vəkili AŞPA-nın deputatlarına da bu barədə məlumat verildiyini qeyd edib: ?Dağlıq Qarabağdan danışarkən, ümumiyyətlə, bütün məsələlərdən - insan faciəsindən, ekoloji məsələlərdən, Ermənistanın qeyri-konstruktiv hərəkətlərindən, sərhəddə baş verən hadisələrdən söhbət açırıq. Mübariz İbrahimovun cəsədinin qaytarılmaması barədə AŞPA rəhbərliyinə və üzvlərinə məlumat verilib. Biz də çalışırıq ki, qəhrəmanımızın cəsədinin qaytarılmasına və erməni vandalizminin mahiyyətinin açılmasına nail olaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA