"Abşerona, Bakıya olan təhlükə Xəzərdəki zəlzələ ocaqlarından gözlənilir" - Mərkəz direktoru

img

23-10-2017 [12:01]


Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevə Xəzərdə dib seysmometrlərinin quraşdırılmasına dəstək olmaq üçün müraciət edib.
 
Bunu AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. O bildirib ki, 3 ilə yaxındır dib seysmometrləri alınsa da, onlar indiyədək mərkəzin anbarında qalıb: 

"Xəzərin dibində baş verən hər hansı xoşagəlməz hadisələri - platformalarda, kommunikasiya xətlərində baş verə biləcək təhlükələri minimuma endirmək məqsədilə, eləcə də Xəzərin dibinin seysmikliyini dəqiq öyrənmək üçün  bu stansiyalar əldə olunub. İndi isə onları quraşdırmaq istəyirik. Təbii ki, elmi baxımdan bu, çox fayda verəcək. Xəzərdə potensial zəlzələ ocaqları var. 

Bütün Abşerona, Bakıya olan təhlükə də Xəzərdəki zəlzələ ocaqlarından gözlənilir. Yataqlarda fəsadların əmələ gəlməsi, platformalarda olan çökmələr, yanma və s. məsələlər bura daxildir. Gələcəkdə bu riskləri minimuma endirmək üçün bu stansiyalardan faydalanacağıq”.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA