Gürcüstanda yerli idarəetmə orqanlarına seçki: iqtidar partiyası qalib gəldi, Saakaşvilini partiyası isə 2-ci oldu

img

23-10-2017 [09:07]


Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) yerli idarəetmə orqanlarına keçirilmiş proporsional seçkilər üzrə nəticələri açıqlayıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, 3 644 seçki məntəqəsindən bülletenlərin hesablanmasından sonra hakim "Gürcü Arzusu” partiyası 55,73 faiz əldə edərək seçkilərin qalibi olub.

Vahid Milli Hərəkat Partiyası 17,07% , "Avropalı Gürcüstan” Partiyası 10,49%, "Vətənpərvərlər Alyansı” 6,56%, Leyborist partiyası 3,27% səs əldə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA