Gülləbaranda yaralanmış azərbaycanlı namizəd səs çoxluğu ilə qazandı - Gürcüstanda seçki

img

22-10-2017 [13:53]


Oktyabrın 19-da Marneulidə baş vermiş silahlı insident zamanı yaralanmış hakim "Gürcü Arzusu” Partiyasının Qızılhacılı kəndi üzrə bələdiyyə üzvlüyünə majoritar namizədi Ceyhun Çovdarov seçkilərdə səs çoxluğu əldə edib.
 
APA-nın yerli bürosu Gürcüstan Mərkəzi Seçki Komissiyasına istinadla xəbər verir ki, Qızılhacılı kəndinin  89 saylı seçki məntəqəsi üzrə səsvermə protokolunda C.Çovdarovun 240 səs əldə edərək birinci yer tutduğu qeyd olunub.
 
Xatırladaq ki, silahlı insident zamanı C.Çovdarovla yanaşı, onu müşayiət edən 4 nəfər də yaralanıb. Xəstəxanada olan C.Çovdarovun vəziyyəti stabildir. Gürcüstan DİN insidentlə bağlı istintaqı davam etdirir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA