Azərbaycanlı namizədlə gürcü deputat arasında insident - Seçki məntəqəsinə polis cəlb olunub

img

21-10-2017 [23:16]


Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun Təzəkənd kəndində yerləşən 13 saylı seçki məntəqəsinə polis cəlb olunub.
 
APA-nın yerli bürosunun məlumatına əsasən, seçki məntəqəsində hakim "Gürcü Arzusu” və müxalif "Avropalı Gürcüstan” partiyasının nümayəndələri arasında qarşıdurma yaşanıb.  Gərginliyə səbəb mobil seçki qutularının seçki məntəqəsinə gec çatdırılması ilə bağlı olub.
 
Məntəqədə olan "Avropalı Gürcüstan” partiyasının Marneuli rayon icra başçısı vəzifəsinə namizədi Əhməd İmamquliyev və hakim "Gürcü Arzusu” Partiyasının deputatı Tamaz Naveriani arasında insident olub.

T.Naveriani Ə.İmamquliyevi təxribatçı adlandıraraq, onu süni gərginlik yaratmaqda ittiham edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA