21-10-2017 [18:14]
Dekabrın 1-də postunu yeni seçilmiş dövlət başçısı Soornbay Jeenbekova təhvil verəcək Qırğızıstanın hazırkı prezidenti Almazbek Atambayevin Bişkekdə tələbələr qarşısındakı çıxışında Qazaxıstan, onun prezidenti Nursultan Nazarbayevə bağı çox ciddi ittihamlar və maraqlı fikirlər səsləndirib.
Mia.az Qırğızıstan mətbuatına istinadən xəbər vrir ki, o, Nazarbayev Qırğızıstandakı son prezident seçkilərinə müdaxilə etməyə cəhd edib: "Son prezident seçkilərində gördüm ki, Qırğızıstanın maraqlarına işləməyəck adamı (Oktyabrın 15-də keçirilən Prezident seçkilərində iştirak edən və şansı yüksək dəyərləndirilən müxalifət lider Omurbek Babanovu nəzərdə tutur-Mia.az) Qırğızıstana necə zorla qəbul etdirmək istəyirlər. Ancaq qəşəng gözləri, şirin danışığı olan xarizmatik namizəd idi və əlbəttə ki, çoxları satın alınmışdı. İblis həmişə gözəl görkəmdə gəlir – kişi, ya da qadın cildində, tovlayan, şeytan.
Bəli, bu gün Qırğızıstan-Qazaxıstan sərhədində problemlər görürük, Qazaxıstanın bəzi rəhbərləri, ümumiyyətlə, deyirlər ki, Qırğızıstandan bütün ticarət və nəqliyyat yolları ancaq Qazaxıstandan keçir. Bu, yalandır".
Atambayev deyib ki, ətrafı Nazarbayevə düzgün məlumat vermirlər:
"Düşünürəm ki, Qazaxıstan prezidenti bundan heç şübhələnmir də. Çünki hər bir prezident kimi, o da öz çevrəsinə inanır. Prezident Nazarbayevin çevrəsi Qazaxıstan və Nazarbayev haqqında deyil, öz gələcəklərini düşünən oliqarxlar, qazax milyarderləridir. Çünki onların milyardlıq bütün hesabları ABŞ-ın valyuta sistemi ilə nəzarət edilən Qərb banklarındadır. İndi onların ancaq bir vəzifəsi var – Qazaxıstanda hakimiyyət dəyişildikdən sonra onlarla bir vaxtlar ABŞ-ı incitmiş, bazanı çıxarmış, sonra isə milyardlarla dolları həbs edilmiş Kərimovun ailəsi kimi davranmasınlar deyə birtəhər yarınmaq. Bax, onların bütün vəzifəsi budur.
Yəqin ki, prezident Nazarbayev haqqında emosional danışarkən haqsız idim. O da mənim kimi sadəlövh adamdır və yəqin ki, problemləri çoxdur. Lakin Qazaxıstanın oliqarx hakimiyyətinin vəzifəsi tamamilə başqadır. Bu günlərdə və sizinlə görüşdən qabaq bu barədə düşündüm. Görünür, ən son qərar hədər deyilmiş. Əgər kiril əifbasından latın əlifbasına keçməyə baxsaq, hansı ki, bu, Rusiyadan ayrılmaqdır, bu, qazax ordusu və ABŞ dəniz piyadalarının Rusiya ilə sərhəddə birgə təlimidir. Biz görürük ki, son bir neçə ildə Qazaxıstanın hərəkətləri Avrasiya İqtisadi Birliyinin dağıdılmasına yönəlib.
Həmişə xatırlayıram və sizə xatırlatmaq istəyirəm ki, 2014-cü ildə Özbəkistanın mərhum prezidenti Kərimov bölgədə suya və sərhəd mübahisələrinə görə mütləq müharibə olacağını deyəndə ABŞ dörd ay müddətində Özbəkistana təmənnasız hər birinin dəyəri 500 min dollardan yuxarı olan 328 zirehli maşın verdi. Özü də orada diktator əyləşmişdi, burada isə demokrat prezident var idi. Yəni onlar demokratiyaya tüpürürlər, onlara hərc-mərclik və qarışıqlıq lazımdır. Və budur, bu ölkələrdəki pullarını Qərb banklarında saxlayan bu oliqarxlar Qazaxıstan, Nazarbayev və xüsusən də Qırğızıstan haqda düşünmürlər, onlar gələcək haqda, Nazarbayevdən sonra nələr olacağı, öz pullarını necə qoruyacaqları haqda düşünürlər".
Dekabr ayında postunu yeni seçilmiş dövlət başçısına təhvil verəcək Atamayev deyib ki, Qırğıstanın kiril əlifbasını saxlamasının xüsusi məqsədi var:
"Çünki Qazaxıstan kirili itirməklə, özünün Abay, Auezov və başqaları kimi böyük yazıçılarını itirir. Biz buna yol verməməliyik, mən bu zalda Altay sivilizasiyası forumunu keçirmişəm. Bizim ulu vətənimiz Rusiyadır. Biz bütün qonşularla barışda olmalıyıq. Bəzən sadəcə səbr etmək gərəkdir, amma biz müstəqilliyimizi qorumağa borcluyuq. Prezidentlər gedir, xalqlar qalır – bunu həmişə yadda saxlamaq lazımdır".
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi