İspaniyadan Kataloniya ilə bağlı sərt qərar: muxtar status 6 aylıq ləğv olundu, hökumət tam tərkibdə uzaqlaşdırıldı

img

21-10-2017 [16:33]


İspaniya Baş naziri  Mariano Rajoy hökumətlə növbədənkənar keçirdiyi topantıdan sonra Kataloniya ilə bağlı qəbul edilmiş sərt qərarları açıqlayıb. 

Mia.az xarici mediaya istinadən xəbər verir ki,  o bildirib ki, hökumətin qərarına əsasən, muxtar vilayətin statusu 6 aylıq ləğv edilib, rəhbərliyi isə vəzifələrdən kənarlaşdırılıb. 

Hökumət, eyni zamanda, 6 ay içində Kataloniyada yeni seçki keçirilməsinə qərar verib: "Hökumət qəbul etdiyi bu qərarı təsdiqləmək üçün İspaniya parlamentinə göndərdi. Bir neçə günə senatın qərarı təsdiqləyəcəyini gözləyirik".

Baş nazir bildirib ki, Kataloniya hökuməti bu müddətdə bütün səlahiyyətlərini mərkəzi hökumətə təhvil verməlidir.

Mia.az 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA