Ərbilin 60 km-də şiddətli döyüş gedir: İbadi "Ərbilə girməyin" dedi, Bərzani isə... - Bölgədə nələr baş verir?

img

21-10-2017 [15:53]


İraq ordusu və "Haşdi Şabi" milisləri ilə kürd peşmərgələr arasında Kərkük - Ərbil yolunun üzərində dünəndən başlayaraq, şiddəti döyüşlər gedir.

Mia.az xarici mediaya istinadən xəbər verir ki, şiddətli döyüşlər Iraq ordusunun Kərkükün 45 km şimalında yerləşən Qızıl Körpü qəsəbəsində nəzarəti bərpa etməsindən sonra qızışıb.

Belə ki, İraq gücləri bu qəsəbədə nəzarəti bərpa etdikdən sonra peşmərgənin müdafiə istehkamı qurduğu təmas xəttinə yaxınlaşmağa cəhd edib.

"Habertürk"ün xəbərinə görə, Iraq mərkəzi hökumətinə bağlı olan güclər tank və toplarla peşmərgənin mövqeyinə ağır zərbələr endirib. Nəticədə xeyli peşmərgə yaralanıb, bəzı döyüş maşınları yanaraq sıradan çıxıb.

Peşmərgə qüvvələri bunun ardınca İraq ordusuna cavab zərbəsi endirib. Paralel olaraq, Kürd Muxtariyyətinin paytaxtı sayılan Ərbildən yola çıxan və ağır silah daşıyan hərbi konvoy təmas xəttinə doğru irəliləyib.

İddia olunur ki, hazırda Iraq ordusu ilə Ərbil arasında 60 km məsafədə döyüş daha da qızışıb. Hər iki tərəfdən onlarla ölü və yaralının olduğu bildiriir.

İran, ABŞ və Almaniya silahları şüddətli döyüş meydanında...

Iraq Kürd Bölgə Vilayəti (IKBY) rəsmi açıqlama yayaraq, döyüşlərə İran topçularının və Amerika silahlarının qarışdığını iddia edib: "İran topçu birliyi və Haşdi Şabi milisləri Iraqın verdiyi ABŞ istehsallı silahlarla Qızıl Körpü istiqamətindən peşmərgə mövqelərini səhər saat 08.00-dan etibarən bombalamağa başladı”.

Iraq Müdafiə Nazirliyi isə peşmərgəni Almaniyanın təlim məqsədi ilə verdiyi silahdan istifadədə günahlandırıb: 

"Bərzani qüvvələri Almaniyanın təlim məqsədi ilə verdiyi raketlərdən hökümət qüvvələrinə qarşı istifadə edib. Bununla həmin silahların sadəcə terrora qarşı istifadə haqda anlaşmanı da pozublar".

Amerikadan ənənəvi açıqlama....

Rəsmi Vaşinqton isə tərəflər arasında başlayan şiddətli açıqlamaya ənənəvi qaydada reaksiya verib.

Belə ki, ABŞ Dövlət Departamentinin sözçüsü Heza Nauert deyib ki, İraq hökuməti ilə kürd muxtariyyətinin toqquşmasından narahatdırlar: "ABŞ Iraqın şimaındakı Qızıl Körpü qəsəbəsi ətrafında yaşanan şiddəti döyüşlərdən narahatdır. Oradakı vəziyyəti yaxından izləyirik. Bütün tərəfləri şiddət və təxribat hərəkətlərini dayandırmağaa çağırırıq".

İBADİdən "ƏRBİLƏ GİRMƏYİN" təlimatı, BƏRZANİdən isə silahlanan qruplara qadağa

Kərkük - Ərbil yolunda döyüşün qızğın anında isə İraqın baş naziri Heydər ə-İbadidən ordiya "Ərbilə daxil olmayın" təimatının gəldiyi bildiriir.

Bu barədə İraq Kürd Muxtar Vilayətinin mətbuatı xəbər yayıb. Bildirilib ki, döyüşün şiddətləndiyi ərəfədə İbadı  orduya "Ərbillə sərhəd xəttini keçməyin" təlimatını verib.

Ərbildə isə İraq ordusunun həməsindən sonra gərginlik artıb. Xalq Ərbildə olan ABŞ konsulluğuna axın edib və İraq ordusunun durdurulmasını tələb edib.

Iraq ordusunun Ərbilə girəcəyindən qorxuya düşən bəzi qruplar isə Ərbil - Kərkük yoluna doğru hərəkət edib. Lakin Bərzaninin göstərişi ilə peşmərgə rəhbərliyi onların döyüş bölgəsinə girməsinə icazə verməyib.

Kürd Muxtariyyətindən Haşdi Şabiyə yeni ittihamlar və itkilərlə bağlı açıqlama

Kür Muxtariyytindən verilən rəsmi açıqlamada dünəndən başlayan döyüşlərdə İraq ordusunun 10 hummer ilə yanaşı, ən azı 2 tankının məhv edildiyi bildirilib. 

Bununa yanaşı, İraq ordusu ilə birlikdə hərəkət edən Haşdi Şabi döyüşçülərinə ağır ittihamlar səsləndirilib.

İdda olunub ki, oktyabrın 16-da Kərkük əməliyyatının ardıycan 100 mindən çox mülki şəxs Ərbil və Süleymaniyəyə sığınıb: "Haşdi Şabi qüvvələri başda Kərkük olmaqla, Tuzhurmatu və Xenekində kürd və türkmənlərin evlərini yağmalayıb, bölgə sakinlərinin üzərinde terror əsdirir".

Muqtada es-Sadr Kərkükə birlik göndərir

Iraqda nüfuzlu şiə lider Muqtada es-Sadr özünə bağlı oan "Seraya es-Selam"a ("Barış" birliyi) təhlükəsizliyin artırılmasına kömək etmək üçün Kərkükə getmə təlimatı verib.

Bu barədə İraq mətbuatı məlumat verib.

Bu arada isə Kərkükdə Iraq mərkəzi hökümətinin nəzarət məntəqəsinə edilən basqın nəticəsində 1 polis ölüb, 4 polis yaralanıb.

Bunun ardında Iraq ordusu və Haşdi Şabi qüvvələri şəhərə nəzarəti tam bərpa etmək və təhlükəsizliyi gücləndirmək üçün yeni əməliyyat keçirib. Son olaraq Iraq Kürd Bölgə Muxtariyyətinin Kərkükdəki mərkəzi binasına "Svat" xüsusi təyinatı dəstəsi girərək, binadan yönləndirilən təxribat siqnallarının kəsilməsinə nail olublar.

Tələbani nədə ittiham olunur?

Rəsmi Bağdadın vəzifən çıxardığı Kərkükün sabiq valisi Nəcməddin Kərim isə mərkəzi hökumətin qərarına boyun əymək niyyətinə deyil.

O, Kərkükdə mərkəzi hökümət qarşı üsyan başlatmaq üçün çaba göstərir.

Bu arada o, dünən Kərkükün ələ keçirilməsindən sonra ilk dəfə açıqlama verib.

Sabiq vali deyib ki, Kərkükün İraq ordusunun əlinə keçməsinin səbəbkarı İraqın keçmiş prezidenti Tələbaninin ailəsi olub: "Tələbani İranın Quds birliyinin komandiri Qasım Süleymani ilə anlaşıb, şəhəri təslim etdi".

Haqqında həbs qərarı çıxarılan keçmiş vali deyib ki, Kərkükə əməliyyat başlayanda evini tərk edib: "Əgər evimə geri dönərəmsə, həyatım təhlükədə olacaq".

Ərşad Salihi yeni vali ilə görüşüb, Qızıl Körpüdə zərərçəkən türkmənləri ziyarət edib

Bu arada Iraq Türkmən Cəbhəsinin rəhbəri, Kərkükdən seçilmiş deputat Ərşad Salihi müavini Həsən Turan və böyük bir heyətlə Kərkük Valiliyinə gəlib.

Salihi Kərkükün yeni valisi Rakan Sait El Cuburi ilə görüşüb və Kərküklə yanaşı, Qızıl Körpü qəsəbəsinin peşmərgədən geri alınması istiqamətində müzakirə aparıb.

Salihi "2003-dən bəri bu günü gözəyirdik. İbadinin ciddi addımlarını dəstəkləyirik" deyib.

Görüşdən sonra o və heyəti Qızıl Körpü qəsəbəsinə yollanıb, orada baş verən döyüşdə zərərçəkən türkmənlərlə görüşüb...

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA