Gürcüstanda seçki: 2058 bələdiyyə üzvü, 64 şəhər meri və 64 şura üzvü seçiləcək

img

21-10-2017 [11:08]


Oktyabrın 21-də Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər başlayıb.

Mia.az Azərtac-a istinadən  xəbər verir ki, səhər saat 8:00-da 3644 seçki məntəqəsinin hamısı vaxtında açılıb.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Tamar Jvaniya bildirib ki, bu gün seçicilər 2058 bələdiyyə üzvünü, 64 şəhər meri və 64 şura üzvünü seçəcəklər. Seçkilərdə 369 nəfər namizəd mer vəzifəsinə, o cümlədən 13 nəfər paytaxt Tbilisi şəhərinin meri vəzifəsi uğrunda mübarizə aparır. Səsvermənin gedişini ümumilikdə 75 min 611 müşahidəçi izləyəcək. Prosesi, həmçinin 4820 jurnalist izləyəcək. Seçici siyahılarında 3 milyon 440 min 123 seçicinin adı var.

Səsvermə saat 20:00-da başa çatacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA