Ərdoğandan ABŞ-a çox sərt mesaj: "Bilin ki, hər şeyin qarşılığı var" - Pentaqondan isə "davam edəcəyik" cavabı gəldi

img

20-10-2017 [17:55]


Xəbər verildiyi kimi, İŞİD-dən azad edilən Suriyanın Rəqqa şəhərini PKK-nın Suriya qolu olan PYD/YPG qüvvələri Türkiyədə ömürlük həbsdə olan Abdulla Öcalanın portretləri ilə bəzəyiblər.

Mia.az xəbər verir ki, ABŞ-ın İŞİD-ə qarşı birgə əməliyyatında silahlandırdığı və eyni zamanda, Türkiyənin israrlı etirazlarına baxmayaraq, böyük dəstək verdiyi YPG/PYD-nin belə bir hərəkət etməsi rəsmi Ankarada ciddi qəzəb yaradıb.

Bu gün Baş nazir Binəli Yıldırım və digər rəsmi şəxslər YPG/PYD-nin bu hərəkətinə təpki veriblər. 

Prezident Ərdoğan isə D-8 forumunda Amerikaya çox sərt mesaj verməklə yanaşı, "qarşılığı olacaq" təhdidini səsləndirib. 

Türkiyə prezidenti deyib ki, ABŞ-ın bu terror qruplaşmasına belə dəstək verməsi qəbuledilməzdir: 

"Rəqqada terrorist başıının portretini asıblar. Bunu Amerika necə izah edəcək? İnanmırıq, terrora qarşı müabrizədə siz yanımızda deyilsiniz. Bundan sonra qalxıb bizdən zaman-zaman tələbdə bulunmayın. Bilin ki, hər şeyin qarşılığı var".

Maraqlıdır ki, rəsmi Ankaranın Öcalanın şəkilləri ilə bağlı etirazına Pentaqondan elə növbəti etiraz doğuran cavab gəlib.

Belə ki, ABŞ Müdafiə Nazirliyinin sözcüsü Dana Vayt və general Frank Mkenzie Pentaqonda bu gün keçirdikləri mətbuat konfransında Türkiyəyə belə mesaj veriblər: 


"Biz orada PYD ilə birlikdəyik.  Bizim tək bağlılığımız İŞİD-ə qarşı mübarizədir və bu yöndə dəstəyimizi də davam etdirəcəyik".

Bu gün ABŞ-dan verilən ikinci bir rəsmi açıqlama isə ABŞ Mərkəz Qüvvələrinin Komandanlığından da gəlib.

Nisbətən fərqli, ancaq "yumşaq" olan açıqlamada bildirilib ki, onlar PYD/YPG-nin belə hərəkətlərini qəbul etmirlər: "Bu cür hərəkətərlə razılaşmırıq, təsdiq etmirik".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA