Tale Heydərov “milyonerlər məhəlləsi”ndəki evinin sənədini itirdi - Qəzetdə elan/ FOTO

img

20-10-2017 [15:09]


Bakının "milyonerlər məhəlləsi” kimi tanınan Teymur Əliyev küçəsində "Qəbələ” idman klubunun prezidenti, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərova məxsus mənzilin xüsusi mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsi itib.

Mia.az-ın ölkə.az-a istinadən məlumatına görə, T.Heydərov sözügedən sənədin etibarsız sayılması üçün "Xalq” qəzetinin bugünkü sayında elan yerləşdirib.

Elanda deyilir ki, 2005-ci il iyulun 20-də Bakı şəhəri icra hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsi (TİMHQİ) tərəfindən Heydərov Tale Kəmaləddin oğlunun adına verilmiş FM seriyalı 037080 nömrəli qeydiyyat vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

Elanda itən sənədin qeydiyyat ünvanı kimi Bakı şəhəri, T.Əliyev küçəsi göstərilir.





Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA