Fazil Məmmədovdan daha bir dəyişiklik: Müşaviri departament direktoru təyin etdi (FOTO)

img

20-10-2017 [14:46]


Azərbaycan Vergilər Nazirliyində yeni təyinat olub.

Mia.az report-a istinadən xəbər verir ki, nazirliyin Daxili Təhlükəsizlik Departamentinə yeni baş direktor təyin edilib.

Məlumata görə, nazir Fazil Məmmədovun əmri ilə bu vəzifəyə baş vergi xidməti müşaviri Cavanşir Eldar oğlu Nuriyev təsdiq olunub.

Qeyd edək ki, o, bundan əvvəl nazirliyin Hüquq Departamentinin baş direktor müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, Vergilər Nazirliyinin Daxili Təhlükəsizlik Departamentin baş direktoru Vüqar İsmət oğlu İsmayılov olub.



    Digər xəbərlər
    SON XƏBƏRLƏR

    Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

    "Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA