Kərkükdə gərginlik: kürdlərin etirazını bəhanə edən bir qrup peşmərgə zirehli texnika ilə şəhərə girdi - Toqquşma

img

20-10-2017 [10:47]


Kərkük Iraq ordusu və Haşdi Şabi qrupu tərəfindən peşmərgədən azad edilsə də, şəhərdə hələ də gərginlik qalır.

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, iki gün əvvəl Kərkükdə kürdlərin yaşadığı 4 məhəllədə gecəylə etiraz başlayıb.

Xəbərə görə, kürdlər "Haşdi Şabi" üzvlərinin Kürd Muxtar Vilayətinin bayrağını yandırması və şəhərdən qaçan bəzi kürd ailələrinin evlərini yağmalaması bu etiraza səbəb olub: "Hər halda 4 məhəllənin sakinləri Haşdi Şabi ilə bağlı belə bir iddianı irəli sürürək, şəhərdəki gərginliyi faktiki atəşləyiblər".

Məlumata görə, İraq mərkəzi hökuməti etirazlardan dərhal sonra Haşdi Şabini şəhərdən çıxarıb və əraziyə Bəsrədən polis qüvvələri göndərib. Lakin kürdlər yenə də sakitləşməyiblər: "Kürdlərin etirazını bəhanə edən və Bərzaniyə bağlı olan bir qrup peşmərgə isə zirehli texnika ilə sözügedən 4 məhəlləyə daxil olub".

Türkiyə mətbuatının xəbərinə görə, peşmərgənin şəhərə dönüşü Haşdi Şabini də hərəkətə gətirib və dünən gecə tərəflər arasında ilk silahlı toqquşma baş verib: "Atışmada hansı tərəfin daha çox itki verdiyi açıqlanmayıb. Lakin ölən və yaralananların olması şübhəsizdir. Hazırda Kərkükün kürdlər yaşayan bu bölgəsində gərginlik çox yüksəkdir. Peşmərgə qüvvələri kürd məhələlərində səngər qazır, müdafiə barikadaları qurur. Bu savaş hazırlığı hər an alovlana bilər".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA