19-10-2017 [23:54]
Serj Sarkisyan görüşdən sonra Ermənistanın İsveçrədəki səfirliyində erməni diasporunun nümayəndələri ilə keçirdiyi görüşündə də konkret razılaşma olmadığını açıqladı:
"Problemin həlli variantları ilə bağlı konkret razılaşma yoxdur. Gərginliyin azaldılması üçün tədbirlər görmək barədə anlaşdıq.Azərbaycan prezidenti də, mən də bunda çox maraqlıyıq.Lakin münaqişənin Dağlıq Qarabağın Azərbaycanın suverenliyinə verilməsi kimi həll variantı yoxdur”.
Görüşdən əvvəl
Görüşdən əvvəl Dağlıq Qarabağ ətrafında baş verən sensasion gəlişmələr həm Ermənistan, həm də Azərbaycan ictimaiyyətini inandırmışdı ki, Cenevrədə ən azından 5 rayonun qaytarılması məsələsində anlaşma əldə olunacaq. Rusiya hakimiyyətinə yaxın siyasi institutların, nüfuzlu KİV-lərin, Kremlin baş ideoloqu Aleksandr Duqin və politoloq Sergey Markovun, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın 5 rayonun Azərbaycana qaytarılacağı ilə bağlı verdiyi açıqlamalar münaqişənin çox qısa zamanda həllinə inamı artırmışdı. Hətta, ilin sonunda keçirilən görüşün gözlənilmədən baş tutması da münaqişənin həll prosesində strateji dəyişikliyin olduğu ehtimalını yaratmışdı.Rusiyanın hazırladığı yeni – "ildırımsürətli həll planı”ndan danışılırdı.Duqinin Rusiya hakimiyyətinin adından Azərbaycanla münasibətlərdə yeni xətt seçdiyini və bu strategiyaya uyğun olaraq, münaqişənin tezliklə həll edilməsinə çalışdığını deməsi isə Azərbaycanda hər kəsi bir anda düşmən üzərində qazanılmış qələbə əhval-ruhiyyəsinə saldı. O da bir ilk idi ki, Kremlin baş ideoloqu prezident Vladimir Putinin adından Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dedi. Bu, Rusiyanın Dağlıq Qarabağın Azərbaycanın ərazisi kimi tanıdığının Putinin dostu olan bir şəxsin adından düşmənə ötürülən mesaj idi.

ABŞ Dövlət Departamentinin – baş katib Reks Tillersonun işə qarışması, Minsk qrupunun amerikalı həmsədri Endryu Şafferin ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi də gəlişmələrə əlavə rəng qatdı. Bundan əvvəl isə ABŞ kəşfiyyatının rəsmi orqanı kimi tanınan "Startfor” jurnalının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistana təzyiqlər etdiyi məsələsini gündəmə gətirmişdi.
Rusiyanın böyük yalanı
Yəni, hər şey yaxşı idi.Ən əsası da münaqişənin "donmuş vəziyyət”dən çıxarıldığına inanların sayı çoxalmışdı.Görüş başa çatıb, Sarkisyan erməni diasporu ilə görüşənədək ümid vardı.Lakin Ermənistan prezidenti bütün proqnozları alt-üst etdi, közərən ümidləri külünədək söndürdü."Mən də, İlham Əliyev də vəziyyətin çətinliyini anlayırıq.Amma Dağlıq Qarabağ Azərbaycana verilməyəcək”, mesajı Rusiyanın 5 rayonun qaytarılacağı ilə bağlı ictimai rəydə formalaşdırdığı fikrin böyük siyasi yalandan başqa heç nə olmadığını ortaya çıxardı.Düzdür, bu, Azərbaycan – işğal edilən ölkə üçün yalandır, Rusiya üçün isə strateji gediş, yaxud, öz maraqlarının təmin edilməsi üçün maverdir. Nəzərə alsaq ki, Duqin və Zaxarova 5 rayon məsələsindən Ermənistanın Avrasiya İttifaqından çıxmaq niyyətinin və Avropa İttifaqı ilə yeni sazişin imzalanması məsələsinin gündəmə gəlməsindən sonra tez-tez danışırdılar, demək ki, bu, Ermənistanın üzünü yenidən Rusiyaya çevirmək üçün seçilmiş taktika idi. Əlbəttə, təzyiqlər işə yaradı, Avrasiya İttifaqından çıxmaq məsələsi gündəlikdən çıxarıldı, Avropa İttifaqı ilə imzalanacaq saziş isə günün məsələsi kimi gündəmdə yoxdur.

Yeganə çıxış yolu
Başqa sözlə, Rusiya itaətdən boyun qaçıran vassalını – Ermənistanı Qarabağla qorxutması Azərbaycanı ümidləndirmişdi.Görünən də budur ki, Ermənistan yenidən təzyiqlər qarşısında boynunu Rusiyadan uzanmış xaltaya keçirib. Həmin ölkənin başçısının – Sarkisyanın isə Cenevrəyə könülsüz getməsi də bu oyunun tərkib hissəsi idi ki, bundan sonra verdiyi açıqlama ilə münaqişənin həllinin Minsk qrupunun protokoluna uyğun keçirilən danışıqlarda yox, Azərbaycanın Qarabağın statusu ilə bağlı Ermənistanın istədiyi cavabı ilə əyləşəcəyi dialoq masasında olacaq. Azərbaycan isə buna razı deyil. Azərbaycanın həm işğalçı, həm də işğalçını öz təsir dairəsində saxlayan Rusiyanın münaqişəni dalana dirəyən hərəkətləri qarşısında hansı hazırlıqları görəcəyi, yaxud, hansı addımı atmalı olduğunu demək problematik olsa da yenidən durğunlaşmağa başlayan vəziyyətdə yeganə seçim imkanı qalır: müharibə… Rusiya ilə yanaşı, Ermənistanın mövqeyini dəstəkləyən digər iki həmsədr dövləti – Fransa və ABŞ-ı da nəzərə alsaq, müharibə variantına alternativ tapmaq çətin tənlik kimi görünür.Hər halda görünən budur ki, Azərbaycan hakimiyyətinin ideoloqları bunun üzərində xeyli işləməli olacaqlar.
Cebhe.info
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi