19-10-2017 [22:54]
ABŞ-ın keçmiş dövlət katibi Ceyms Beykerin Sovet İttifaqı millətləri üzrə müşaviri olmuş, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) təhlilçisi Pol Qobl Qarabağ və onun həlli ilə bağlı maraqı müsahibə verib.
Mia.az Axar.az-a istinadən həmin müsahibəni təqdim edir:
– Aprel döyüşlərindən sonra Qarabağ və ətraf ərazilərdə vəziyyət gərgin olaraq qalır. Sizin fikrinizcə, beynəlxalq təşkilatların müdaxiləsi ilə Qarabağın status-kvosunun dəyişmək vaxtı çatmayıbmı?
– Qarabağ Cənubi Qafqazda münaqişə zonasıdır və bu vəziyyət uzun müddət belə davam edəcək. Çünki bəzi tərəflər münaqişədən faydalanmağa çalışırlar və elə buna görə də əksəriyyət münaqişənin həlli yolunda ciddi addımlar atmaqda ya maraqlı deyil, ya da bunu bacarmır. Gərginliklər nə qədər davam edərsə, daha çox münaqişə olacaq və çox ehtimal ki, məsələni yalnız hərb yolu ilə həll etmək mümkün olacaq. Ancaq müharibə də məsələnin həlli yolu olmayacaq. Çünki bu, tərəflərdən birinin məğlubiyyətinə və gələcəkdə yardıma möhtac yaradacaq.
Şəxsi fikrimə görə isə beynəlxalq təşkilatlar məsələnin həllindən daha çox, baş verəcək münaqişənin qarşısını almağa çalışırlar. Buna səbəb isə həmin təşkilatların ölkələrin öz müqəddəratını təyin etmə və millətlərin özünə müdafiə - ərazi bütövlüyü kimi məsələlərdə ikili və ziddiyətli siyasət yeritməsidir. Bütün bu hallar mövcud beynəlxalq sistemdə məsələ ilə bağlı hər hansı qərar qəbulunu mümkünsüz edir.
– Siz Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlara kifayət qədər bələdsiniz. Bəyanatlarda qeyd etmişdiniz ki, Rusiya Azərbaycanla Ermənistan arasında Qarabağ razılığının əldə olunmasına mane olur. Xüsusilə də Ki Uestdə. Cənab Qobl, münaqişəni Rusiya olmadan, yəni danışıqlara müdaxiləsinin qarşısını almaqla həll etmək mümkündürmü?
– 1990-cı illərdə Ki Uestdə (mühüm əhəmiyyət kəsb edən Qərbdə) mümkün olanlar hər iki ölkənin dövlət başçıları dəyişəndən sonra daha mümkün deyil. Rusiyanın gücünə, sərhədlərinə və nüvə silahına malik olması digər dövlətləri müdaxilədən çəkindirir. Bu da Rusiyanın münaqişənin həllində tək oyunçu olmasını təmin edir.
Mən belə hiss edirəm ki, Rusiya Bakının sədaqətini təmin etməyincə, münaqişənin həllinə imkan verməyəcək. Əgər bu baş verərsə, əminəm ki, Rusiya Ermənistanla tərəfdaşlıqdan imtina edəcək. Bakıda isə bu istiqamətdə heç bir tendensiya yoxdur.
– Ermənistanda bir çox Rusiya investisiyaları var. Bundan əlavə, ölkənin əsas sektorları Moskvanın nəzarəti altındadır. Rusiya Ermənistanın hava yollarına nəzarət etməyə və birləşmiş hərbi qüvvələr yaratmağa başlayıb. Ermənistan bir növ Rusiyanın vassalına çevrilib. Ekspertlər və siyasətçilər hər iki tərəfi sülh danışıqlarının dəyirmi masa arxasında müzakirəsinə çağırır. Ancaq Bakı necə Rusiyanın "vassalı” olan bir ölkə ilə sülh məsələsində razılaşa bilər? Bu, bir məna kəsb edirmi?
– Rusiyanın Ermənistandakı mövqeyi o qədər də dayanıqlı deyil. Ermənilərin və Rusiyanın maraqları bir-birinə uyğun gəlmir. Bu İrəvanın tamamilə fərqli bir geosiyası paradiqmaya çevrildiyini göstərmir, digər tərəfədən, sualınızda nəzərdə tutulduğu kimi, Ermənistanın Rusiyanın vassalı olduğu anlamına da gəlmir. Beynəlxalq münasibətlərdə müştəri dövlətlərin idarəedəndən daha çox haqqa sahib olması, gözləntilərin əksinə, tez-tez müşahidə olunan bir haldır. Mən inanıram ki, Ermənistan növbəti onillikdə Rusiyadan ayrılmağa və öz diplomatiyası ilə Qafqazda daha yaxşı yer tutmağa müvəffəq olacaq.
– Qafqazın xəritəsinə baxsaq görərik ki, ortada Gürcüstan Qərb tərəfindən dəstəklənir, Ermənistana Rusiya arxa çıxır, Azərbaycan isə neytraldır. Azərbaycanın bölgədə marağı olan İran və Rusiya kimi iki nəhəng qonşusu var. Geosiyasi vəziyyəti nəzərə alsaq, NATO-Azərbaycan əməkdaşlığında inkişaf olacaqmı?
– Nəhayət ki, Gürcüstan NATO-ya üzv olacaq. Azərbaycan öz balanslaşlaşdırılmış xarici siyasətini davam etdirmək istəyir, ancaq Rusiyanın buna münasibətini zaman göstərəcək. Moskva təzyiq göstərərsə, Bakı Qərbə daha çox yaxınlaşacaq. Ermənilər isə mövcud tədbirlərin müəyyənləşdirilməsini gözləməməlidir. Onlar bəzi radikal dəyişikliklərə açıq olmalıdır. Bakı da bəzi dəyişikliklər etməyi perspektiv üçün planlaşdırmalıdır.
– Həm də Şimali Qafqaz amili var. Bu regionda iqtisadi vəziyyət həqiqətən də acınacaqlıdır. Bununla yanaşı, islamın əsasları gündən-günə Şimali Qafqazda, xüsusən də Çeçenistanda güclənir. Hətta bəzi rus mediası Sankt Peterburq terror aktını qafqazlıların törətdiyini iddia edirlər. Cənab Qobl, sizcə, Şimali Qafqazda müstəqillik üçün daha bir cəhd ola bilərmi?
– Şimali Qafqazın müstəqillik əldə edəcəyi ehtimal olunur, çünki Rusiyadan ayrılmaq istəyir. İdarə olunana yox, daha çox, protektorata çevrilir. Bir çoxları Çeçenistanın Rusiyaya təsirindən qorxurlar və Qroznının öz yolunda davam etməsi onlara daha çox sərf edir. Putin vəziyyətə nəzarət edir, ancaq o, əbədi yaşamayacaq.
– Bəzi Qərbdən olan ekspertlər Gürcüstanı Rusiya üçün təhlükə hesab edirlər. Hətta iddia olunur ki, bu, hərbi konflikt həddinə çata bilər. Saakaşvilinin idarəçiliyindən fərqli olaraq Gürcüstanın yeni idarəçiliyi daha çox Rusiyanın xeyrinə addımlar atır. Buna "Qazprom” müqaviləsini misal göstərmək olar. Həqiqətənmi Rusiya Gürcüstanda yeni sabotajlar hazırlamağı planlaşdırır?
– Rusiyanın Gürcüstandakı sabotajları çox güclüdür. Bununla yanaşı, Gürcüstan da Rusiya üçün böyük bir təhlükədir. Gürcüstan Rusiyanı təhdid edir, lakin yalnız uğurlu transformasiya vəziyyətindədir və Rusiya xüsusi qüvvələri Gürcüstanda yaşanan qeyri-sabitliklərdən istifadə etməyə çalışacaqlar. Ancaq bu, yeni bir böhrana gətirib çıxarmaqdan daha çox stabil vəziyyətdir.
– NATO-nun Qafqaza təsir göstərə bilməsi üçün Türkiyə əsas vasitədir. Ankaranın isə həm Gürcüstan, həm də Bakı ilə münasibətləri yaxşıdır. Rusiya və İranın fəaliyyətinə cavab olaraq NATO Türkiyədən istifadə edərək Qafqazda fəallaşa bilərmi?
– Mən düşünürəm ki, keçən il baş verən hadisələr Türkiyənin NATO-nun qüvvəsindən Qafqazda və Mərkəzi Asiyada limitli istifadəni göstərdi. Yaxın vaxtlarda Türkiyənin bu mövzuda öz vəziyyətini bərpa etməsini gözləmirəm.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi