19-10-2017 [12:51]
"Vaxtı keçmiş kreditlər üzrə bocların həcmi qırmızı xətti keçdi.Təxirəsalınmaz tədbirlər görülməzsə, bu problem daha da "yoğunlaşaraq” nəinki maliyyə bazarlarını sıradan çıxaracaq, həm də onsuz da pis vəziyyətdə olan milli iqtisadiyyatı daha da çətin duruma salacaq”.
Mia.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Qubad İbadoğlu deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda 31 bank fəaliyyət göstərir. Sentyabrın 1-ə olan məlumata görə, onların müştərilərinin sayı 5 milyon 720 min 291-dir. Bu müştərilərin 2 milyon 428 min 32-nin banklarda kredit hesabı vardır:
"Onların banklara olan vaxtı keçmiş borcları 1 milyard 824 milyon manatı ötərək cəmi kredit qoyuluşunda 15 faizə çatıb. Yeri gəlmişkən, bu, o deməkdir ki, borc problemi ölkədə qalan hər 3 nəfərdən birini narahat edir və onların da 15 faizinin borc problemi ya məhkəmədə, ya da məhkəmə qərarlarının icrası strukturlarında "rüşvətlə çözülür”.
Son məlumatlara görə, vaxtı keçmiş borclar bankların kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyatından (1 milyard 635 milyon 700 min manatdan) çoxdur. Bu isə artıq o deməkdir ki, vaxtı keçmiş kreditlər üzrə bocların həcmi qırmızı xətti keçib. Əslində isə borcların həcmi çoxdan böhranlı səviyyədədir. Çünki daxili istifadə üçün nəzərdə tutulan hesabatlara görə, bankların risk portfelində olan 30 gündən artıq müddətdə qaytarılmayan borcları ((PAR) > 30 gün) bu ilin martında 44,2 faiz, iyununda 51,7 faizə qədər artıb. Hazırda isə şübhəli borcların həcmi 60 faizə yaxınlaşır.
Beləliklə də bir tərəfdən ölkədə işgüzar fəaliyyət mühitinin olmaması, banklara inamın itməsi ucbatından azalan kredit qoyuluşları (bankların cari ilin sentyabrın 1-ə olan toplam kredit qoyuluşları ötən ilin eyni dövrünə nisbətən 26,5 faiz azalıb), digər tərəfdən isə könüllü geri qayitmayan borcların məcburi alınmasına görə yaranan əlavə xərclər və zərərlər əksər bankların maliyyə durumunu pisləşdirib. İndiki şərtlərlə onlar hətta kredit faizlərini aşağı salmaqla da böhrandan çıxa bilmirlər”.
Ekspert qeyd edib ki, bu ilin 8 ayında banklar maliyyə fəaliyyətlərini 350 milyon manat xalis mənfəətlə başa vursalar da bu göstəricinin də tendensiyası neqativdir: "Belə ki, bu ilki xalis mənfəətin orta aylıq səviyyəsi (43,75 milyon manat) ötən ilin eyni göstəricisindən (139 milyon manat ) 3,17 dəfə azdır. Bu il ərzində bankların xalis mənfəət göstəricisinin sürətli aşağı düşməsini şərtləndirən başlıca amil onların əsasən xalis faiz gəlirlərindən formalaşan mənfəətinin azalmasıdır. Buna baxmayaraq hələ də bankların xalis faiz gəlirləri qeyri-faiz gəlirlərini üstələyir.
Bu isə mənfəəti əsasən faiz gəlirlərindən formalaşan banklar üçün daha tutqun perspektiv yaradır. Odur ki, Maliyyə Bazarlarına Nəzarət Palatası təxirəsalınmaz tədbirlərə əl atmalı, bank bazarını liberallaşdırılmalı, bank kapitalının konsolidasiyası siyasətini davam etdirməli, qaytarılmayan borcları geri almaqla və ya onların satış bazarını formalaşdırmaqla bankları və müştəriləri hazırkı çətin durumdan çıxartmalıdır. Parlament isə öz növbəsində bu problemin həlli üçün hüquqi əsas yaratmalı, fiziki şəxslərin müflisləşməsi haqqında qanun qəbul etməlidir. Əks təqdirdə borc problemi daha da "yoğunlaşaraq” nəinki bankları və qeyri-bank institutlarını, bütövlükdə maliyyə bazarlarını sıradan çıxarıb, onsuz da pis vəziyyətdə olan milli iqtisadiyyatı daha da çətin duruma salacaq”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi