Ekologiya və Təbii Sərvətlər Nazirliyi "Azərsu? Səhmdar Cəmiyyəti cərimələdi

img

20-08-2010 [03:59]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Daxili İşlər Nazirliyinin əməkdaşları Xəzər akvatoriyasının çirklənmədən qorunması vəziyyətini yoxlamaq məqsədilə reyd keçirib. Ekologiya və Təbii sərvətlər Nazirliyi yoxlama-reydlərin nəticələrini açıqlayıb. Nazirliyin mətbuat xidmətindən MIA-ya verilən məlumata görə, yoxlamalardan sonra Bakı şəhər Kanalizasiya Xidmətləri İdarəsinin balansındakı ?Buzovna?, ?Sahil? Bioloji və ?Zığ? Mexaniki Təmizləmə Qurğularına daxil olan çirkab sular təmizlənmədən dənizinə axıdıldığına görə həmin idarə hüquqi şəxs qismində 27000 manat məbləğində cərimə edilib. Həmçinin Hövsan Aerasiya Stansiyasına və Hoca-Həsən Mexaniki Təmizləmə qurğusuna daxil olan çirkab sular zərərsizləşmədən Xəzərə axıdıldığından ?Azərsu? Səhmdar Cəmiyyəti cərimələnib. Nazirlik Səhmdar Cəmiyyətə 22500 manat məbləğində cərimə hesablayıb. Yoxlamalar zamanı Sumqayıt şəhərində də Xəzər sahili ərazidə məişət çirkab sularının təmizlənmədən birbaşa və ya yeraltı horizontlarla dənizinə töküldüyü faktları aşkarlanıb. Buna görə 18 ictimai-iaşə obyektinin hər birinin sahibinə qarşı 600 manat məbləğində cərimə müəyyən edilib. Cərimələnən obyektlər sahiblərinə ?Ləpədöyən?, ?Duyğu?, ?Liman?, ?Çaydaşı?, ?Flaqman?, ?Ağ gecələr?, ?Gilavar?, ?Ümid?, ?Cürət?, ?Nicat?, ?Dərya? da var. Sumqayıt şəhəri Xəzər sahili ərazidə məişət çirkab sularının təmizlənmədən birbaşa və ya yeraltı horizontlarla Xəzər dənizinə sızdığına görə ?Sahil?, ?Dostluq? və ?Apelsin Beach? iaşə obyektinin iş icraçıları fiziki şəxs qismində inzibati qaydada 650 manat məbləğində cərimə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA