Türkmənistan prezidenti İlham Əliyevi təbrik etdi - Mətn

img

18-10-2017 [19:23]


Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan prezidenti İlham Əliyevi 18 oktyabr-Dövlət Müstəqilliyi Günü münasibəti ilə təbrik edib.

Mia.az-ın məlumatına görə, Q. Berdiməhəmmədovun məktubunda deyilir:
"Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə Türkmənistan xalqı və hökuməti adından, şəxsən öz adımdan Sizə və Sizin şəxsinizdə ölkənizin bütün qardaş xalqına səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Türkmənistan ilə Azərbaycan arasında mövcud münasibətlərin yüksək səviyyəsini, bu münasibətlərin müxtəlif istiqamətlər üzrə, o cümlədən siyasi, ticari-iqtisadi, sosial, mədəni-humanitar və digər sahələrdə daim möhkəmlənməsini və inkişaf etməsini qeyd etməkdən fərəh duyuram. Türkmənistan-Azərbaycan dövlətlərarası dialoqun daha da genişlənməsinə ölkələrimizin sadiqliyi hər iki xalqın mənafelərinə uyğundur.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və böyük uğurlar diləyirəm. Qardaş Azərbaycan xalqına isə ən səmimi təbriklərimi çatdırır, sülh və firavanlıq arzu edirəm”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA