Bu il Azərbaycanda 390 nəfər İİV-ə yoluxub - Dövlət Komissiyası

img

18-10-2017 [12:28]


Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən, 2017-ci ilin 9 ayında Azərbaycanda İİV-ə yoluxması yeni aşkarlanan insanların sayı 390 nəfərdir.

Mia.az xəbər verir ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan apa-ya bildirilib ki, onlardan 385-i (97,7%) Azərbaycan vətəndaşı, 5-i (2,3%) isə əcnəbidir.

Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkarlandığı1987-ci ildən 1 oktyabr 2017-cı il tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 6575 nəfər qeydiyyata götürülüb. Onlardan 6364-ü (96,7%) Azərbaycan vətəndaşı, 211-i (3,3%) isə əcnəbidir, İİV-ə yoluxmuş insanların 4817-i (73,7%) kişi, 1758-i (26,3%) qadındır.

İİV-ə yoluxması təsdiqlənən6575 nəfərdən 3029-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Onlardan 2230 (74,2%) nəfər dispanser qeydiyyatındadır. 01.10.2017-ci il tarixinə ART-yə cəlb olunmuş İİV-li xəstələrin ümumi sayı 4024 nəfər təşkil edib ki, onların da 1760 nəfəri İNİ olub. 9 ayda isə ART-yə cəlb olunan 486 pasiyentdən 106 nəfərində İNİ aşkarlanıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA