Yasamalda tikilən sosial evlər gələn ilin yayında istifadəyə veriləcək - MİDA-dan açıqlama

img

18-10-2017 [11:31]


Azərbaycanda əhalinin mənzilə olan tələbatının ödənilməsi istiqamətində inşa edilən Yasamal Yaşayış Kompleksi 1 843 ailəni mənzillə təmin edəcək.

Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) direktor müavini Sadiq Sadiqov bildirib.

Onun sözlərinə, kompleksdə ilk mənzillərin gələn ilin yayında istifadəyə verilməsi planlaşdırılır. "Bu layihənin icrasına 20-dən çox podratçı şirkət, 3 500 işçi cəlb olunub",- o qeyd edib.

Bundan başqa, MİDA rəsmisinin sözlərinə görə, agentliyin hazırda layihələndirdiyi ikinci yaşayış kompleksi 3 000 mənzildən ibarət olacaq.
report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA