18-10-2017 [10:42]
"Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır”. 25 il bundan öncə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə fəaliyyətə başlayan partiya bu gün də yorulmadan Azərbaycan xalqının müstəqilliyi, rifahı və xoşbəxtliyi yolunda əzm və fədakarlıqla fəaliyyət göstərir.
Məhz bu münasibətlə Bakı Mühəndislik Universitetində Abşeron rayon ərazi ilk təşkilatında yubiley tədbiri keçirilib. Tədbirdə universitet kollektivi ilə yanaşı Abşeron rayon partiya təşkilatının sədri Bilman Vəliyev də iştirak edib.
Universitetin rektoru, professor Havar Məmmədov tədbir iştirakçılarını salamlayıb. 70 il Sovet ittifaqının tərkibində yaşadığımızı , ittifaqın dağılmasından sonra ağır günlər keçirdiyimizi, 20 yanvar və Dağlıq Qarabağ kimi problemlər yaşadığımızı diqqətə çatdırıb. Müstəqilliyin ilk illərində səriştəsiz hakimiyyətin mövcudluğu da ölkəni daha da böhran vəziyyətinə gətirib çıxarmışdı. Bu kimi faktlar müstəqilliyimizin asanlıqla qazanılmadığını, onun qorunmasının və inkişafının daha çətin olduğunu göstərir. Belə bir vaxtda YAP-ın təsis olunması tarixi zərurət və Azərbaycanın üzləşdiyi mürəkkəb və fəlakətli vəziyyətdən xilas etmək istəyi ilə əlaqədar idi. Azərbaycan xalqı naşı və bacarıqsız qüvvələri hakimiyyətdən uzaqlaşdıraraq, ulu öndər Heydər Əliyevə müraciət etdi, böyük siyasi xadimi hakimiyyətə qaytardı. YAP Azərbaycanın siyasi sisteminin normal dayaqlar üzərində inkişaf etməsinə güclü əsaslar yaratması ilə də tarixi missiyasını yerinə yetirmişdir. Məlumdur ki, 1990-cı illərin əvvəllərində Azərbaycanın siyasi sistemi kortəbii şəraitdə formalaşırdı. Siyasi sistemin gələcəyini, perspektivlərini müəyyənləşdirəcək ideya və ideologiyalar yox idi. Bununla yanaşı, siyasi qüvvələr arasında siyasi mədəniyyət nümunəsi də mövcud deyildi. Demokratik şəraitdə fəaliyyət göstərən çoxpartiyalı sistemdə hər hansı bir partiyanın cəmiyyətin, ölkənin, dövlətin həyatında oynayacağı rolu ilə bağlı insanlarda ümumi təsəvvürlər yox dərəcəsində idi. Ona görə ki, Azərbaycan cəmiyyəti uzun illər kommunist ideologiyasiyanın təsiri altında yaşamışdı. Belə bir şəraitdə də YAP-ın Azərbaycanın siyasi sisteminə daxil olması demokratik siyasi sistem haqqında təsəvvürlərin formalaşmasına güclü təkan vermişdi.
Rektor YAP-ın Azərbaycanın iqtisadi siyasi beynəlxalq həyatında və dinamik inkişafındakı əhəmiyyətindən geniş danışıb. Qeyd edib ki, Möhtərəm Prezidentimiz İlham Əliyevin dediyi kimi "Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük partiyasıdır”.
Abşeron rayon YAP təşkilatının sədri Bilman Vəliyev partiyanın yaranmasının ilk illərində yaşadığı maneələrdən danışıb. Qeyd edib ki, xalqımız ölkənin ağır dövrdən çıxarılmasının yeganə yolunu Heydər Əliyevin hakimiyyətə gəlməsində görürdü. Bu məqsədlə ziyalıların xalqımız adından Heydər Əliyevə müraciət ünvanlaması xalqın iradəsini göstərdi. YAP ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqilliynin bərpasını həyata keçirdi. Hal–hazırda Abşeron rayonunda partiyamızın 40 ərazi ilk təşkilatı fəaliyyət göstərir.
Bakı Mühəndislik Universitetinin prorektoru, YAP ərazi ilk təşkilatının sədri Bayram Hüseynzadə qeyd edib ki, ölkənin avanqard siyasi gücünə çevrilən YAP-ın sürətlə inkişaf etməyə başlaması və qısa müddətdən sonra hakimiyyətə gəlməsi Azərbaycanın siyasi sisteminin formalaşmasına güclü təsir göstərmişdi.
Siyasi sistemin lokomotivi kimi, YAP-ın sürətli inkişafı da Azərbaycanın siyasi mədəniyyətinə uyğun yeni müxalif təşkilatlanmaların formalaşmasına da güclü əsaslar yaratmışdı. Yeni Azərbaycan Partiyasının Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə getdikcə güclənən fəaliyyəti Azərbaycanın bundan sonra da hərtərəfli inkişafında böyük imkanlara yol açır. Əminliklə demək olar ki, iqtidar partiyası siyasi proqramına uyğun olaraq, qarşıdakı illərdə də beynəlxalq hüquq və prinsiplər əsasında dövlətlər arasında etimad yaradılmasına hesablanan uğurlu siyasi fəaliyyətini davam etdirəcək və hər bir azərbaycanlının rihaf halının daha da yüksəldilməsinə çalışacaqdır. YAP-ın cəmiyyətin yeganə seçimi olmasını Azərbaycanın beynəlxalq aləmdə güclü mövqeyi və nüfuzu da şərtləndirir və bütün bunlar da belə deməyə əsas verir ki, ulu öndərin yaratdığı Yeni Azərbaycan Partiyası ölkənin aparıcı siyasi qüvvəsi kimi, milli mənafelərin istənilən platformada müdafiə və təmin etməyə yetərli ictimai dəstəyi var .
Tədbirin sonunda universitetin tələbələrinin ifasında milli rəqslər və vətənpərvərlik müsiqiləri təqdim olunub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi