Ramil Səfərov Mübariz ibrahimovun ailəsinə zəng edib

img

20-08-2010 [12:12]


Macarıstanda ömürlük həbs cəzasına məhkum olunmuş Azərbaycan ordusunun baş leytenantı Ramil Səfərovun atası Sahib Səfərov deyib ki, hərbçimizin durumu normaldır. R.Səfərovun hər həftə evlərinə zəng etdiyini deyən. S.Səfərov bildirib ki, o, tez-tez şəhid Milli Qəhrəman Mübariz İbrahimovun meyitinin qaytarılıb-qaytarılmadığını soruşur. Qeyd edək ki, Azərbaycan ordusunun giziri Mübariz İbrahimov 2010-cu il iyunun 18-dən 19-na keçən gecə Tərtərin Çaylı kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin hücumunu dəf edərkən düşməni ağır itkilərə məruz qoyaraq qəhrəmancasına həlak olub. Həmin il iyulun 22-də şəhid gizir Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Atası Ramil Səfərovun səhhətində heç bir problem olmadığını, həftədə bir dəfə ailəsi ilə telefonla əlaqə saxladığını bildirib: ?Günləri sayır, danışanda bir-birimizə ürək-dirək veririk. Deyir mətbuatı, ölkədə baş verənləri mümkün qədər izləməyə çalışıram. Yəqin ki, Azərbaycanın Macarıstandakı səfirliyi ona qəzet, jurnal göndərir. Azərbaycandakı bütün proseslərdən xəbərdardır, proseslər haqda informasiyası genişdir. Ermənilərin Milli Qəhrəman Mübariz İbrahimovun meyitini qaytarıb-qaytarmadığını tez-tez soruşur. Buna görə çox narahatdır. Ramil Mübarizgilə iki dəfə zəng edib, atası ilə danışıb?. 2004-cü il fevralın 19-da Azərbaycan ordusunun zabiti Ramil Səfərov NATO-nun Macarıstanda keçirilən təlimləri zamanı erməni zabit Qurgen Markaryanı öldürüb. 2006-cı il aprelin 13-də Budapeşt məhkəməsi onu 30 il müddətinə əfv olunmaq hüququ olmamaqla ömürlük həbsə məhkum edib. Media forum

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA