Həftə sonu Bakıda və Abzeron yarımadasında temperatur 10 dərəcə azağı düzəcək

img

20-08-2010 [12:02]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında hava az buludlu, yağmursuz keçəcək. Cənub-şərq küləyi əsəcək, havanın temperaturu gündüz 35-37, axşam 26-28 dərəcə isti olacağı proqnozlaşdırılır. Bu gün Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30 dərəcə isti olacaq. Avqustun 21-də hava dəyişkən buludlu, yağmursuz keçəcək. Lakin axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 24-26, günün birinci yarısında 30-34, axşama doğru 25 dərəcəyə yaxın isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30 dərəcə isti olacaq. Avqustun 22-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək, axşam mülayimləşəcək. Havanın temperaturu gecə 20-22, gündüz 24-28 dərəcə isti olacaq. Avqustun 23-də havanın tutulub açılacağı, gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 19-21, gündüz 25-30 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında avqustun 21-də şimal və qərb rayonlarından başlayaraq bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə güclənəcək. Havanın temperaturu gecə 22-25, gündüz 30-35, dağlarda gecə 13-16, gündüz 24-29 dərəcə isti olacaq. Avqustun 22 və 23-də əksər rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək, avqustun 23-də şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 25-30, avqustun 23-də 28-33, dağlarda gecə 5-10, gündüz 17-22 dərəcə isti olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA