Maşın yollarında təhlükə - Nazirlikdən xəbərdarlıq: "Getdiyiniz yerdə sürüşə bilərsiniz"

img

17-10-2017 [16:05]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Geoloji Planalma Ekspedisiyasının mütəxəssisləri tərəfindən aparılan müşahidələr nəticəsində Bakı şəhəri və Abşeron yarımadasının mövcud sürüşmə yerlərinin bir çoxunda stabillik qeydə alınıb.

ETSN-nin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci kilometrliyində, Zığ-1, Maştağa-Zabrat, Daş Karxanası, Qala qəsəbəsi ərazilərində sürüşmə, uçqun və subasma proseslərinin dinamikasında nisbi aktivlik müşahidə olunub.

Məlumatda bildirilib ki, respublikanın rayonlarında keçirilən monitorinqlər zamanı Astara rayonunun Kijəbə, Deqədi-Pəlikeş avtomobil yolunun 5, 7, 8, 10-cu, Lənkəran-Lerik yolunun 17-19, 23, 27-29, 40 və 45-47-ci kilomertliklərində, Lənkəran rayonunun Gəgiran, Lerik rayonunun Soru, Kirəvud, Veri-Əliabad sürüşmə sahələrində nisbi aktivlik qeydə alınıb.

Masallı rayonunun Güllütəpə, Zuvand, Cəlilabad rayonunun Cəlilabad-Cəngan-Soltankənd avtomobil yolunun 12-13 və 17-ci kilometrliyində, Gədəbəy rayonunun Arıqıran, İsmayıllı rayonunun İstisu, Sədiyan, Xankəndi, Diyallı, Ağsu aşırımı boyu, Muğanlı- İsmayıllı avtomobil yolunun 2-11, 23-24, 27-29-cu kilometrliyində, Basqal-Sulut avtomobil yolunun 10-cu kilometrliyində ekzogen-geoloji proseslərin dinamikasında nisbi aktivlik müşahidə edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA