İlham Əliyev Qırğızıstanın yeni seçilmiş prezidentinə məktub göndərdi - Mətn

img

16-10-2017 [22:50]


Prezident İlham Əliyev Qırğız Respublikasının yeni seçilmiş prezidenti Sooronbay Jeenbekova məktub ünvanlayıb.

Məktubda deyilir: "Hörmətli cənab Jeenbekov, Qırğız Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Qırğızıstan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və möhkəmləndirilməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Qırğızıstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA