Komitə sədri müşavirə keçirdi - Tapşırıqlar verildi

img

16-10-2017 [14:28]


Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu ilin yanvar-sentyabr ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib.

Mia.az xəbər verir ki, iclasda çıxış edən komitə sədri Kərəm Həsənov bildirib ki, Əmlak Məsələləri Dövlət Komitəsi fəaliyyət istiqamətləri üzrə cari ilin 9 ayında da ardıcıl olaraq mühüm işlər görüb. 

Qeyd edilib ki, cari ilin 9 ayı ərzində dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə olunması ilə bağlı 1032 yaxın monitorinq aktı təhlil edilib. 5000-dən çox dövlət müəssisə və təşkilatlarından illik xüsusi hesabatlar elektron qaydada yığılmış, hazırda sahəvi təhlillər aparılmaqdadır.

Bildirilib ki, ölkə rəhbərliyi tərəfindən verilmiş tapşırıqlara əsasən yeni, müasir yanaşmalar tətbiq etməklə özəlləşdirilmə sürətləndirilir, prosedurlar elektronlaşdırılır.

Komitə tərəfindən istifadəyə verilmiş "Özəlləşdirmə portalı”ndan yanvar-sentyabr ayları ərzində istifadə edənlərin sayı 600 minə yaxın olub. Ümumilikdə fəaliyyətə başladığı dövrdən portaldan istifadə edənlərin 960 mini keçib.

2017-ci ilin 9 ayı ərzində dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı Bakı və respublikanın rayonları da əhatə olunmaqla ümumilikdə 40-a yaxın hərrac keçirilib.

Müşavirənin sonunda Kərəm Həsənov qarşıdakı fəaliyyətlə bağlı tapşırıqlarını səsləndirib. Strateji Yol Xəritəsindən irəli gələn məsələlərin icrası ilə bağlı işlərin yerinə yetirilməsi və monitorinqlərdə əldə olunan göstəricinin daha da yüksək olması üçün lazımi tədbirlərin vaxtında görülməsi tapşırığını verib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA