Kərkükün hava limanı, neft anbarları ələ keçirildi, Bərzaninin ordusu qaçır - İraq ordusundan əməliyyat + FOTOLAR

img

16-10-2017 [13:25]


İraq təhlükəsizlik qüvvələri Kərkükün mərkəzindəki hərbi bazanı və neft quyularını almaq üçün hərəkətə keçib və bir sıra strateji vacib obyektləri nəzarət altına alaraq, irəliləməkdədir.

Mia.az TRT-yə istinadən xəbər verir ki, İraq ordusu az əvvəl Kərkük hava limanını və Xalid hərbi bazasını ələ geçirib.

Iraq dövlət televiziyasından verilən xəbərə görə, İraq ordusu heç bir atışma olmadan Kərkükün böyük hissəsinə, o cümlədən şəhərin sənaye bölgəsi, həmçinin iri neft anbarlarına və yataqlarına nəzərəti bərpa edib.

İraq dövlət televiziyasının xəbərinə görə, Baş nazir Heydər əl-İbadi silahlı qüvvələrə Kərkükdə olan bütün əhalinin təhlükəsizliyini qorumaq təlimatını verib. İbadi Kərkükdə təhlükəsizliyin təmin edilməsi üçün şəhər əhalisi və peşmərgə ilə əməkdaşlıq edilməsinin vacibliyini də vurğulayıb.

***

Son məlumatlara görə, peşmərgə Kərkükün cənubundakı bəzi məntəqələrdən də geri çəkilməyə başlayıb.

İraq Ortaq Əməliyyatlar Komandanlığının yazılı açıqlamasına görə, Kərkükdə təhlükəsizliyi təmin etmə əməliyyatları çərçivəsində Halid Körpüsü Qapısı, Riyad-Halid Məktəbi yolu, Məryəm Beq sərhəd qapısı və Rəşad-Məryəm Beq yolunda nəzarət təmin edilib.

Açıqlamada İraq təhlükəsizlik qüvvələrinin Kərkükün şimalındakı təbii qaz yataqlarını, polis məntəqəsini və Kərkük Elektrik İdarəsini də nəzarətə alaraq, irəlilədiyi qeyd edilir.

Xəbərdə ayrıca terrorla mübarizə gücü, 9-cu briqada və federal polisin Kərkükdə toqquşma yaşanmadan geniş bir hissədə nəzarəti artıq təmin etdiyi bildirilib və İbadinin "Ortaq Əməliyyatlar Komandanlığı  altında olan Haşdi Şabi də silahlı qüvvələrə Kərkük xaricində dəstək verir” ifadələrinə yer verilib.

****

Hazırda Kərkükə tam nəzarət üçün ordunun əməliyyatı davam edir. O da bildirilir ki, kürd gücləri  geri çəkilməkdə davam edir.

Maraqlıdır ki, İraq Kürdüstan Bölgə Muxtariyyəti hakimiyyəti tərəfindən Kərkükə yerləşdirilən 700-ə yaxın PKK terrorçularının şəhərin bəzi bögəərində müdafiə xətti yaratmağa çalışması haqda bəzi xarici xəbər agentlikəri məlumat yayıblar. Xəbərdə o da bildirilib ki, həmin 700 terrorçunun İraq ordusunun qarşısında uzun müddət durş gətirməsi mümkün deyil.

Bu arada o da bildirilir ki. şəhərdəki İraq türkmənləri də orduya hərtərəfli dəstək verirlər.

Bəzi iddialara görə, İraq ordusunun növbəti hədəfi İŞİD-dən təmizləndikdən sonra peşmərgənin nəzarətinə keçmiş digər mübahisəli ərazilər olacaq.

Mia.az










Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA