Rövnəq Abdullayev Astara Qaz Kompressor Stansiyasında aparılan genizləndirmə izləri ilə tanız olub

img

19-08-2010 [05:44]


Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bu gün Astara Qaz Kompressor Stansiyasında aparılan genişləndirmə işləri ilə tanış olub. ARDNŞ prezidenti jurnalistlərlə söhbətində Qaz Kompressor Stansiyasında tikinti işlərinin gedişindən razı qaldığını, burada quraşdırılan daha 6 ədəd kompressor qurğusunun cari ilin dekabr ayında işə düşməsi ilə stansiyanın qazötürmə gücünün 2 mln. kubmetrdən 5 mln. kubmetrə çatacağını bildirib. Onun sözlərinə görə, ARDNŞ-nin tikinti briqadaları hazırda ölkənin 57 rayonunda qazlaşdırma işlərinə səfərbər olunublar. Belə ki, bəzi rayonlara yeni qaz kəmərləri çəkilir, bir çox yaşayış məntəqələrində isə köhnə borular yeniləri ilə əvəzlənir: ?2013-cü ilə kimi Azərbaycanın 95% ərazisinin mavi yanacağa olan tələbatı tamamilə öz həllini tapacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA