İşdən çıxarılan müəllim məktəbi məhkəməyə verdi, qalib gəldi - Azərbaycanda

img

16-10-2017 [11:53]


Azərbaycanda müəllim işdən çıxarıldığına görə orta məktəbi məhkəməyə verib.

Mia.az "Report”a istinadən xəbər verir ki, Oğuz rayon Calud kənd orta məktəbindəki müəllim vəzifəsindən çıxarılan Cavan Yunusov işə bərpa edilmək üçün Oğuz Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə araşdırması nəticəsində onun əsassız olaraq işdən çıxarıldığı məlum olub. Nəticədə Məhkəmə C.Yunusovun iddiasını təmin edib.

Calud kənd orta məktəbi qərarla razılaşmayaraq Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verib. Lakin Şəki Apellyasiya Məhkəməsi də müəllimi haqlı çıxararaq qərarı qüvvədə saxlayıb.

Qeyd edək ki, C.Yunusovun 49 yaşı var, o, ixtisasca riyaziyyatçıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA