Qırğızıstanın yeni prezidenti seçildi - Soornbay Jeenbekov səslərin 55 faizini qazandı + FOTO

img

15-10-2017 [19:49]


Qırğızıstanda 1,5 milyondan çox səs sayılıb, hakim Sosial Demokrat Partiyasının namizədi Soornbay Jeenbekov səslərin 55 faizini qazanıb.

"RİA Novosti” agentliyinəin verdiyi məlumata görə, bunu bu gün Qırğızıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurcan Şayldabekova bildirib

. Prezident seçkilərində qeydə alınmış 3 milyon 25 min 770 seçicidən 1 milyon 557 min 225 seçici səsvermədə iştirak edib. Sayılması başa çatmış 1,5 milyondan çox səsin 885 min 649-nu S. Jeenbekov qazanıb. MSK sədri bunun sayılan səslərin 55 faizini təşkil etdiyini söyləyib.

 S. Jeenbekovun əsas rəqibi olan müxalifət liderlərindən Omurbek Babanov 529 min 118 səs toplayıb. Bu, səslərin 33 faizini təşkil edir. 

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA