15-10-2017 [13:59]
ABŞ-ın dövlət katibi Reks Tillersonun məlum referenduma 2 gün qalmış İraq Kürd Muxtar Vilayətinin rəhbəri Məsud Bərzaniyə göndərdiyi məktubun tam mətni ortaya çıxıb.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tillerson məktubda Bərzaninin Bağdadla bağlı ABŞ-ın da dəstək verdiyi müzakirələrə son bir şans tanımasını təklif edib.
"ABŞ BMT-nin dəstəyi ilə nəzərdə tutulan bir illik danışıq müddətində sizə kömək etməyə hazırdır”– deyə məktubda qeyd edilir.
Bundan başqa, məktubda Ərbil ilə Bağdad arasındakı gəlir və torpaq anlaşmazlıqlarının aradan qaldırılması, Kərkükdə də referendumu nəzərdə tutan konstitusiya maddəsinin tətbiq olunması vəd edilir.
Məktubun ən diqqətçəkici məqamı isə ABŞ-ın dövlət katibinin verdiyi vəddir. Tillerson yazır ki, İraq ilə İKMV arasında aparılacaq danışıqlar sonrasında razılıq əldə olunmasa, ABŞ kürdlərin keçirdiyi referendumu tanıyacaq:
"Əlbəttə, bu prosesin sonunda danışıqlar nəticəsiz qalarsa, istənilən nəticəyə çatılmazsa və ya rəsmi Bağdad tələblərinizə qarşı çıxarsa, keçirilən referendumu tanıyacağıq”.
"Hörmətli cənab Prezident Məsud Bərzani,
bu məktubu sizə və Kürdüstan Bölgəsi xalqına bəslədiyimiz dərin hörməti ifadə etmək üçün ABŞ adına qələmə alıram. On illər boyu birlikdə tarixi bir əlaqəni inkişaf etdirdik və bu əlaqənin önümüzdəki on illər boyu güclənməsini arzu edirik və Amerika olaraq biz buna sadiqik. Xüsusilə son üç ildə qurduğumuz güclü əməkdaşlıq bu əlaqələri daha da möhkəmləndirdi. Sizin İraqın təhlükəsizlik gücləriylə tam əməkdaşlıq etmək istiqamətindəki cəsur qərarlarınız, İŞİD-ə qarşı aparılan mübarizəni daha da gücləndirdi. Terrora qarşı ortaq mübarizəmizə dəstək verən peşmərgələrə dərin hörmət hissi duyuruq və fədakarlıqlarını heç zaman unutmayacağıq.
25 sentyabrda İKMV-nin gələcəyi üçün önəmli addım olan referendum məsələsi var. Biz bununla bağlı bütün narahatlığımızı ifadə etmişik. Bu qayğılar İraqda keçiriləcəyi gözlənilən hərbi əməliyyatlar da daxil olmaqla, İŞİD-ə qarşı davam edən mübarizə, nəticəsinin necə olacağını bilmədiyimiz regional mühit və İŞİD-in tam məhv edilməsinin zəmanətindən ibarətdir. Bu məzmunda sizdən məqsədlərinizə nail olmaq və İŞİD-ə qarşı aparılacaq döyüşlərin ardından sabitlik ilə sülhün təmin edilməsi üçün təklif etdiyimiz alternativi qəbul etmənizi xahiş edirik.
Qeyd etdiyimiz alternativ təklif baş nazir İbadinin rəhbərliyi altında mərkəzi İraq hökuməti ilə yeni və sürətləndirilmiş danışıqlardan ibarətdir. Bu sürətləndirilmiş danışıqlar mərhələsinin bir ildən uzun sürməməsi nəzərdə tutulur. Bundan başqa, digər məqsəd Bağdad ilə Ərbil arasında yaranmış bütün anlaşmazlıqların həlli və əlaqələrin gələcəkdəki rolunu müəyyən etməkdən ibarətdir. Eyni zamanda, biz təcili maliyyə təhlükəsizliyinə olan ehtiyaclarınızı da həll etməyə çalışacağıq.
Bundan əlavə, müzakirələr prosesinə dəstəyimizi daha da açıq şəkildə göstərmək üçün irəli sürdüyümüz bu təklifin ən qısa müddət ərzində BMT Təhlükəsizlik Şurasının təsdiqə almasına, BMT-nin və İngiltərə ilə Fransa kimi kritik ortaqlarımızın da bu məsələdə yaxından iştirakının təmin edilməsinə hazırıq. Bu prosesin ciddi nəticələrinin olacağına və hətta əksinə, sizin məqsədlərinizə daha tez çatmağınıza yardım edəcəyinə inanırıq. Əlavə olaraq bildirim ki, belə bir fürsət nadir hallarda ələ düşür.
Əlbəttə, prosesin sonunda danışıqlar qarşılıqlı olaraq qəbul edilə bilər. Lakin bir nəticə əldə edilməzsə və ya Bağdadın danışıqları rədd etməsi səbəbilə uğursuzluq yaşanarsa, keçirdiyiniz referendumu tanıyacağıq”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi