Uşaq 5 kiloqramlıq şişlə doğuldu - Azərbaycanda qəribə tibbi anomaliya/ FOTOLAR

img

15-10-2017 [11:35]


Azərbaycanda qəribə tibbi anomaliya ilə uşaq doğulub. Büzdüm sümüyünün anadangəlmə böyük həcmli teratoması (coccugeal teratoma) ilə doğulan uşaq əməliyyat olunub, ondan 5 kiloqramlıq artıq şiş – teratoma çıxarılıb.

Əməliyyatı icra edən uşaq cərrahı, Tibb elmləri üzrə fəlsəfə doktoru Toğrul Ömərov Medicina.az-a deyib ki, keysəriyyə üsulu ilə doğulmuş körpənin çəkisi 8 kiloqram olub. Cərrrahın sözlərinə görə, törəmə hələ ana bətnində ikən görülüb, müşahidə olunmuşdur: 

"Uşaq keysəriyyə üsulu ilə doğulub və ümumi çəkisi 8 kiloqram idi. Bu anomaliya büzdüm sümüyü hüceyrələrinin miqrasiyasının pozğunluğu nəticəsində yaranır. Teratomanın tərkibində maye, tük, sümük, sərt toxuma olur. Bu xəstələr tez bir zamanda əməliyyat olunmalıdır. Əks-təqdirdə ölür. Əməliyyat zamanı 5 kiloqram çəkidə böyük şiş götürüldü. Arxa hissə və anus bərpa olundu”.

Toğrul Ömərov qeyd edib ki, teratoma büzdüm sümüyünün altında düz bağırsağa çox yaxın yerləşirmiş: "Çətin yerləşməsinə baxmayaraq, sinirlər və düz bağırsaq qorundu. Hazırda körpənin sidik və nəcis ifrazı normaldır, yaşıdlarından fərqlənmir”.

Həkim bildirib ki, hazırda uşağın vəziyyəti normaldır.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA