Azərbaycanda yeni medal təsis olunur: Kimlərə veriləcək?

img

15-10-2017 [11:34]


Azərbaycanda yeni medal təsis olunur.

Mia.az-ın trend-ə istinadən məlumatına görə, "Mülki aviasiya sahəsində xidmətlərə görə" medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik təklif edilir.

Bu medalla vəzifələrini nümunəvi icra edən, istehsal fəaliyyətində yüksək nəticələr göstərən mülki aviasiya işçiləri, habelə Azərbaycan Mülki Aviasiyasının inkişafı və təkmilləşdirilməsində xüsusi rolu olan şəxslər təltif ediləcək.

"Mülki aviasiya sahəsində xidmətlərə görə" medalı döşün sol tərəfinə, Azərbaycanın digər orden və medalları olduqda, onlardan sonra taxılır.

Medal naxışvurma üsulu ilə mis-sink xəlitəsindən tökülüb, diametri 40 mm olan dairəvi lövhədən ibarətdir.

Qanun layihəsi baxılması üçün Milli Məclisin oktyabrın 20-də keçiriləcək plenar iclasına tövsiyə olunub.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA