ABŞ-ın hədəf aldığı SEPAH, yoxsa QÜDS GÜCÜ: liderləri qorumaq, xaricdə əməliyyat və ya ölkə siyasətində əsas güc...

img

15-10-2017 [00:35]


Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Tramp İrana qarşı yeni strategiya açıqlayıb.

Mia.az xəbər verir ki, Tramp dünənki açıqlamasında 2015-ci ildə rəsmi Tehranın nüvə silahı proqramını dayandırması üçün 5 ölkə (ABŞ, Rusiya, Çin, Fransa və İngiltərə) ilə bağlanmış sazişə əməl etmədiyini iddia etməklə yanaşı, İranın "vuran ürəyi" olan İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) qarşı sərt sanksiya tətbiq edəcəklərini bəyan edib: 

"Artıq İran İslam İnqilabı Keşikçiləri Korpusuna ən sərt  sanksiya tətbiq etməsi üçün Xəzinə Nazirliyinə vəzifə verdim".

Trampın bu qərarı rəsmi Tehran tərəfindən kəskin qarşılanıb. Bununla bərabər, İngiltərə, Almaniya, Fransa, Rusiya, hətta Avropa Birliyindən ABŞ prezidentinin yeni qərarının pisləyən bəyanatlar səsləndirilib. 

Maraqlıdır, ABŞ prezidentinin hədəf taxtasına oturduğu və yeni sanksiyalar tətbiq edəcəyini açıqladığı İslam İnqilabı Keşikçiləri Korpusu kimlərdən ibarətdir, vəzifəsi nədir və İranın təhlükəsizlik sistemində hansı rolu oynayır?

Mia.az Türkiyənin "Habertürk" qəzetində  İslam İnqilabı Keşikçiləri Korpusu haqda dərc edilən aşağıdakı məqaləni tərcümə edərək, qısa da olsa, hazırda dünyanın diqqətində olan bu qurum haqda məlumatları oxucularla bölüşür:

İNQİLABDAN DƏRHAL SONRA QURULAN - SEPAH


İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) 1979-cu ildə İranda hakimiyyət və sistem dəyişikliyini özündə əks etdirən islam inqilabından dərhal sonra inqilabın lideri Ayətullah Xomeyni tərəfındən qurulub.

İslam İnqilabı Keşikçiləri Korpusunun əsas vəzifəsi rejimi və inqilab liderlərini qorumaqdır. 

Ölkənin silahlı qüvvələrinə paralel olaraq fəaliyyət göstərən SEPAH 1980-cı illərdə İranla Iraq arasında yaşanan dağıdıcı müharibədə öz  təsir və gücünü xeyli artırdı. 

İraqla savaş bitdikdən sonra SEPAH-ın ləğvi gündəmə gəlsə də, əksinə, İranın dini lideri Ayətullah Xomeyni tərəfındən səlahiyyətləri artırıldı.

Xomeyninin ilk lideri olduğu və İranın sabiq prezidentlərindən olan Mahmud Əhmədnejdatın da sıralarından çıxdığı SEPAH zamanla İran ordusu içində gücünü artıraraq özünün quru, hava və dəniz quvvələrinə sahiblənib.

ABŞ-IN ƏSAS HƏDƏFİ: QÜDS GÜCÜ


İran dini lideri və Quds Gücünün əfsanəvi komandiri general Qasım Süleymani

SEPAH-ı ABŞ-ın hədəfinə gətirən əsas məsələlərdən biri də korpusun tərkibindəki Quds Gücü adlı birlikdir. Birbaşa ölkənin dini liderinə bağlı əməliyyat həyata keçirən SEPAH-ın Qüds Gücü Birliyi xaricdə əməliyyatlar keçirmək səlahiyyətinə sahibdir.

General Qasım Süleymaninin liderlik etdiyi Quds Gücü Iraq və Suriyadakı savaşlarda terror təşkilatı İŞİD-ə qarşı da önəmli qalibiyyətlər əldə etməklə, dünyanın diqqətini daha şox özünə çəkməyi bacarıb.

ABŞ yetkililəri Amerikanın İraqı işgalı zamanı Qüds Gücü Birliyinin Bağdadın yerli üsyançılarına təlim keçdiyini və bu qüvvələrin Pentaqon əsgərlərinə qarşı bəzı bombalama əməliyyatları gerçəkləşdirdiyini iddia edir. ABŞ bəlkə də bu səbəbdən Quds Gücünü 2007-dən bu yana terrora dəstək verən birliklərdən biri kimi tanıyır.


Qasım SÜLEYMANİ

Qeyd edək ki, İranın Iraq və Suriyadakı əməliyyatlarını da aparan Qüds Gücünün təxminən 15 min əsgərə sahib olduğu deyilir.  ABŞ-ın iddialarına görə, dünyanın bir çox ölkəsində İsrailli diplomatlara qarşı həyata keçirilən bəzı sui-qəsdlərin arxasında da Qüds Gücü var.

ABŞ-IN SON HƏMLƏSİ: İRANIN RAKET PROQRAMINA TƏSİR EDƏCƏK


İranda "SEPAHı Pasdaran", ya da sadəcə "SEPAH" adı ilə tanınan İslam İnqilabı Keşikçiləri Korpusu ölkənin balistik raket proqramını da həyata keçirən birlik olduğu sirr deyil. 

Paralel olaraq, İranın daxili siyasətinə də olduqca təsir gücü olan SEPAH 2015-də imzalanan nüvə anlaşmasının ardından bir çox balistik raket sınağı gerçəkləşdirib. Nüvə anlaşmasının raket sınaqlarına heç bir əngəl yaratmamasına rəğmən, ABŞ raket sınaqlarının "anlaşmanın ruhuna zidd" olduğunu iddia edir.

İran prezidenti Ruhani də ötən il keçirilən seçki kampaniyasında SEPAH-ın tez-tez keçirdiyi raket sınaqlarını tənqid etmişdi.

İKİLİ VƏTƏNDAŞLAR ÜÇÜN BMT-DƏN XƏBƏRDARLIQ


Tərkibində kəşfiyyat bölməsi də olan SEPAH son dönəmərdə ikili vətəndaşlığı olan iranlılara qarşı gerçəkləşdirilən əməliyyatlar səbəbindən əksər Qərb ölkələrinin diqqətini də üzərinə çəkib. 

Hətta casusluq iddiaları ilə həbs edilən ikili vətəndaşlarla bağlı BMT başda olmaqla, bir çox insan haqları təşkilatları da İranı sərt tənqid ediblər.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA