Ramil Usubov DYP-də diqqətçəkən dəyişiklik etdi - Şöbə rəisini təqaüdə göndərdi, yerinə müavini gətirdi

img

14-10-2017 [13:43]


Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində diqqətçəkən dəyişiklik baş verib.

Mia.az APA-ya istinadən xəbər verir ki, Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmrinə əsasən, Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan Qeydiyyat və Texniki Baxış şöbəsinin rəisi, polis polkovniki Hacımurad Abdullayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Qeyd edək ki, yeni quruma Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini Mübariz Şahbazov təyin edilib.

BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Unikal.org-a təyinatı təsdiqləyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA