"Qayınanam qızımı satdı" - Azərbaycanda şok olay

img

13-10-2017 [22:59]


Bərdə rayon sakini Xurşudova Elnaz ailə qurduğu 11 il ərzində altı uşaq dünyaya gətirib. Onun sözlərinə görə, övladlarından biri qayınanası və əri tərəfindən əlindən alınaraq başqa ailəyə satılıb.

Mia.az-ın Xəzər TV-yə istinadən məlumatına əsasən, Elnaz Xurşudova bildirir ki, həyat yoldaşı onu uşağı başqa ailəyə verməyə məcbur edib. Və ona deyiblər ki, uşağı istədiyi vaxt görə biləcək.

Övladından məcbur ayrılan ana sonradan uşağını geri istəyib. Qadın iddia edir ki, buna razılaşmayan həyat yoldaşı Pərviz Cavadov onu üç uşaqla küçəyə atıb. Sonuncu dəfə uşağın verildiyi ailə ilə görüşən Elnaz Xurşudova hədələnib. Ona uşaq üçün verilən pulu geri qaytarmayana qədər övladını görə bilməyəciyini deyiblər.

Qarşı tərəfin də mövqeyini öyrənmək mümkün olmayıb.

Elnaz Xurşudova hazırda iki oğlu Bakıda sığınacaqda məskunlaşıb. O övladlarını bir araya gətirməyənə qədər valideynlərinin yanına getməyəcəyini deyir.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA