13-10-2017 [15:01]
"Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Cəbhəyanı bölgələrdə yaşayan gənclər arasında vətənpərvərlik təbliğatını gücləndirmək məqsədi ilə tədbirlərin təşkili” adlı layihənin icrasını davam etdirir. Layihə çərçivəsində növbəti tədbir Tərtər rayonunun Xoruzlu kəndində keçirilib. Tədbirdə yerli icra hakimiyyətinin nümayəndələri, QHT fəalları, jurnalistlər və gənclər iştirak ediblər.
Tərtər rayon Xoruzlu kənd orta məktəbin direktoru Emin Mahmudov gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinin vacib olduğunu bildirib. Direktor deyib ki, rəhbərlik etdiyi pedaqoji kollektiv şagirdlərin vətənpərvər ruhda böyüməsi üçün əlindən gələni əsirgəmir. E.Mahmudov qeyd edib ki, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün təhsil müəssisələri ilə yanaşı, həm də vətəndaş cəmiyyəti institutları səyləri artırmalıdırlar.
"Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyinin sədri Seymur Verdizadə layihənin məqsədi barədə geniş məlumat verib. JAM sədri bildirib ki, işçi qrupun qarşısında dayanan əsas vəzifə cəbhəyanı bölgələrdə yaşayan yeniyetmə və gənclər arasında vətənpərvərlik təbliğatını gücləndirmək, erməni vandalizmini ifşa etmək, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman oğul və qızlarımızın keçdiyi şərəfli döyüş yoluna işıq salmaqdır. S.Verdizadə deyib ki, hər bir Azərbaycan gəncinin öz soy-kökü, keçmişi ilə fəxr etməyə haqqı çatır.
"Ruh” Jurnalistlərin Müdafiəsi İctimai Birliyinin sədri Azərbaycan xalqının qəhrəmanlıq ənənələri üzərində formalaşdığını vurğulayıb. "Ruh” sədri deyib ki, yeniyetmə və gənclərimiz tariximizi dərindən öyrənməklə keçmişlə gələcəyin vəhdətini yarada bilərlər.
Ehtiyatda olan baş leytenant Yaşar Hüseynov Birinci Qarabağ Müharibəsində keçdiyi döyüş yolu barədə tədbir şitirakçılarına ətraflı məlumat verib. Keçmiş döyüşçü gəncləri Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman oğul və qızlarımızın xatirəsini əziz tutmağa çağırıb.

Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi