iqtisadi inkizaf Nazirliyi daha 3,2 ton yararsız duzun satızına qadağa qoyub

img

19-08-2010 [02:15]


Azərbaycanda daha bir keyfiyyətsiz duzun istehsalı və satışı faktı aşkarlanıb. İqtisadi İnkişaf Nazirliyindən verilən məlumata görə, Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında satışda olan duzların laborator müayinəsi zamanı üzərində Xırdalan şəhərində istehsal edildiyi göstərilən ?Bərəkət? adlı yodlaşdırılmış xörək duzunun tərkibində yodun miqdarının normadan və etiket göstəricisindən az olduğu müəyyən edilib. Aparılmış araşdırmalar nəticəsində bu duzun Xırdalan şəhəri, S.Vurğun küçəsi,6 ünvanında Nizami Bəşirova məxsus istehsalat sahəsində istehsal olunduğu müəyyən edilib və duz istehsalının qanunauyğunluğu ilə bağlı yoxlama aparılıb. Yoxlama zamanı anbarda olan hazır məhsuldan götürülmüş nümunələrin laborator müayinəsi zamanı kağız qablaşdırmada olan 900 qr-lıq ?Bərəkət? adlı yodlaşdırılmış xörək duzunun tərkibində yodun miqdarının normadan və etiket göstəricisindən az olduğu, həmçinin yodlaşdırılmış xörək duzunun istehsalı və qablaşdırılması zamanı mənşəyi məlum olmayan duzdan və kağız paketlərdən istifadə edildiyi müəyyən edilib. Aşkar edilmiş pozuntularla əlaqədar, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən 3,2 ton duzun satışının qadağan edilməsi və bu cür duzların ticarət şəbəkəsindən geri yığılması, həmçinin duz istehsalı və satışının təxirə salınmadan dayandırılması barədə Dövlət Xidməti tərəfindən sahibkar Nizami Bəşirova icrası məcburi göstəriş verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA